Xəbər lentiwidget-title-icon

Nazir müavini: Məktəblərdə hər 6 şagirdə 1 kompüter düşür
Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13

Təhsilə Mütəxəssis Lazımdır – Kreslo Sahibləri Yox!

Təhsil sistemi uzun illərdir ki, eyni səhvin içində dövr edir: kresloya sahəni yaşamayan insanlar əyləşdirilir. Sonra isə sual verəndə rahatlıqla deyirlər ki, “İdarəçilik üçün müəllim olmaq vacib deyil.”
Bəli, nəzəri cəhətdən bu doğrudur. Amma idarə etdiyin sahənin ruhunu, nəfəsini, çətinliyini, psixologiyasını anlamadan o sahəyə rəhbərlik etmək — sistem üçün ən böyük təhlükədir.

Sinfin içini görməyən idarəçi müəllimin çəkdiyi yükü anlaya bilməz. Şagird davranışının gün ərzində neçə dəfə dəyişdiyini, müəllimin bir sinifdən çıxıb digər sinifə hansı enerjilərlə keçməli olduğunu hiss etməyən rəhbərin verdiyi qərarlar yalnız kağız üzərində gözəl görünür. Reallıqda isə kollektivə narazılıq, gərginlik və təsadüfi qayda pozuntuları gətirir.

Diplom idarəçi yaratmır, təcrübə mütəxəssis yaradır

Bu gün təhsilə rəhbərlik edən bir çox insan yalnız “idarəçilik diplomu”nun arxasında dayanır. Deyirlər ki, “Mən Prezident yanında İdarəçilik Akademiyasını bitirmişəm.” Əlbəttə, bu ali təhsil dəyərlidir. Amma bu təhsil insanı müəllim, psixoloq və ya təhsil eksperti etmir.

Təhsil elə bir sahədir ki, onu idari baxışla başa düşmək olmur. Təhsili anlamaq üçün:

– sinfin havasını hiss etməli,
– uşağın niyə susduğunu, niyə danışmadığını görməli,
– müəllimin dərsə hansı ruh düşkünlüyü ilə gəldiyini anlamalı,
– valideynin təzyiqini və emosiyasını müəllim üzərindəki yük kimi görməyi bacarmalısan.

Bu sahəyə rəhbərlik etmək üçün yalnız idarəçilik bilikləri deyil, pedaqoji düşüncə tərzi lazımdır. Bu isə yalnız sinfin içindən keçir.

Müəllimin səsinin susdurulması – sistemin qanayan yarasıdır

Təhsildəki ən böyük böhran nə dərslikdir, nə də dərs yükü. Ən böyük böhran müəllimin müdafiəsiz qalmasıdır.
Bu gün çox məktəbdə vəziyyət belədir:

– Müəllim sərhəd qoyanda günahkar çıxır.
– Şagird qaydaya əməl etməyəndə bütün məsuliyyət yenə müəllimin boynuna yüklənir.
– Valideyn heç bir obyektivlik olmadan dərhal müəllimdən şikayət edir.
– Rəhbərlik isə müəllimi deyil, şikayətçini dinləyir.

Belə olan sistemdə müəllim öz peşə nüfuzunu qoruya bilmir. Halbuki müəllimi müdafiə etmək — bütün təhsil sistemini müdafiə etməkdir.

Valideynin gücləndiyi, müəllimin susduğu sistem – zəif sistemdir

İdarəçilər müəllimin arxasında dayanmadıqca valideyn özünü “hakim” rolunda görür.
Uşaq dərsə hazır gəlmir — günah müəllimdedir.
Telefon qaydasını pozur — yenə müəllim məsuliyyət daşıyır.
Davranış pozuntusu olur — müəllim “səhv idarə etmiş” sayılır.

Belə mühitdə nə intizam olar, nə də keyfiyyət. Əgər müəllim tələb qoya bilmirsə, təhsil nəticə verə bilməz.

Təhsili yüksəldən kreslo deyil, sinifdir

Təhsil sistemi ancaq o zaman irəli gedə bilər ki, rəhbərlik kresloda oturanlardan yox, sahəni bilən mütəxəssislərdən formalaşsın.
Sinfin səsinə qulaq verən, uşağın psixologiyasını tanıyan, müəllimin yükünü bölən idarəçi — təhsili ayaqda saxlayır.
Kağız üzərindən qərar verən, kabinetdən kənara çıxmayan, müəllimin qarşılaşdığı reallıqları yaşamayan idarəçi isə təhsili geri aparır.

Unutmayaq: təhsilin əsası sinifdədir.
Sinfi tanımayanların təhsili idarə etmək cəhdi — binanı əsasdan yox, yalnız damdan təmir etməyə bənzəyir.

Əsl inkişaf isə yalnız bir yolla mümkündür: təhsilin idarəsinə kreslo sahibləri yox, sahəni bilən mütəxəssislər gəlməlidir.

Oxşar xəbərlər

Bütün xəbərlər