Xəbər lentiwidget-title-icon

ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı
Nazir müavini: Məktəblərdə hər 6 şagirdə 1 kompüter düşür
Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı

Azərbaycanın adını beynəlxalq enerji sektorunda zirvəyə daşıyan gənc mühəndis

Azərbaycanın yeni nəsil mühəndisləri arasında öz dəsti-xətti, peşəkarlığı və beynəlxalq arenada qazandığı nüfuzla seçilən Hüseyn Eynalzadə həm şəxsi nailiyyətləri, həm də ölkənin adını dünyada layiqincə təmsil etməsi ilə tanınır. Dövlətə və Prezidentə sədaqət ənənəsi onun ailəsində nəsildən-nəslə ötürülür: babası Hüseyn Eynalov, atası Nazim Eynallı bu prinsiplərini fəaliyyətlərində daim nümayiş etdiriblər. Hüseyn də bu dəyərləri həm təhsilində, həm də peşəkar fəaliyyətində davam etdirir.
Hüseyn Eynalzadə tələbəlik illərindən Azərbaycanı xaricdə fəal şəkildə təmsil edən gənclərdən biridir. O, Leyla Əliyevanın sədri olduğu Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) üzvü kimi müxtəlif konfrans və forumlarda çıxış etmiş, universitetdə təşkilatın maraqlarını layiqincə təmsil etmişdir.
Hüseyn həmçinin RAGT xətti ilə Rusiyada keçirilən beynəlxalq festivallarda iştirak edib, milli Novruz şənliklərinin təşkilində fəal rol oynayıb və Azərbaycan mədəniyyətinin təşviqinə töhfə verib.Azərbaycanda anadan olan Hüseyn orta təhsilini Rusiyada başa vurub, daha sonra isə Rusiyanın ən nüfuzlu neft-qaz ali təhsil müəssisələrindən biri olan Tyumen Neft-Qaz Universitetində təhsil alıb. O, universiteti qırmızı diplomla bitirərək həm akademik bilikləri, həm də mühəndislik bacarıqları ilə tələbə yoldaşlarından fərqlənib.

Hüseynin peşəkar fəaliyyəti dünyanın ən böyük enerji xidmət şirkətlərindən olan Schlumberger-də başlayıb. Burada Managed Pressure Drilling Supervisor/Engineer kimi çalışaraq yüksək riskli, mürəkkəb geoloji şəraitlərdə ən yeni texnologiyaların tətbiqinə rəhbərlik edib.
Onun peşəkarlığı və analitik düşüncəsi Hüseynə Rusiya, Kolumbiya, Azərbaycan və Səudiyyə Ərəbistanı kimi müxtəlif regionlarda beynəlxalq komandalarla əməkdaşlıq etmək imkanı yaradıb.

Daha sonra o, SOCAR-ın Bakıdakı strukturlarında və dünya miqyasında tanınan Weatherford şirkətində fəaliyyətini davam etdirərək Səudiyyə Ərəbistanında yarım ildən artıq mühüm layihələrdə iştirak edib. Bu təcrübələr ona mühəndislik risklərinin idarə olunması, mürəkkəb quyuların qazılması və ən yeni texnoloji həllərin tətbiqi istiqamətində dərin biliklər qazandırıb.Hüseyn Eynalzadənin fərqləndirən əsas xüsusiyyətlərindən biri də topladığı beynəlxalq təcrübəni Azərbaycan gəncləri ilə bölüşmək istəyi və bu istiqamətdə etdiyi davamlı fəaliyyətidir. O, universitetlərdə keçirilən görüşlərdə müasir qazma texnologiyalarından, real layihələrdən və yeni nəsil mühəndisləri gözləyən çağırışlardan danışır, tələbələrin inkişafına motivasiya verir.

Onunla çalışan həmkarlar Hüseynin məsuliyyətli, analitik təfəkkürlü, çətin situasiyalarda tez və düzgün qərar verən bir mühəndis olduğunu bildirirlər. Qazma proseslərinə innovativ yanaşması, təhlükəsizliyi prioritetə çevirməsi və multikultural mühitə asan adaptasiyası onu Azərbaycan mühəndisliyinin yeni nəsil nümayəndələrinin ön sıralarına çıxarır.

Bu gün Hüseyn Eynalzadə öz inkişafını davam etdirir, ən müasir texnologiyaları izləyir və onları hasilat proseslərinə tətbiq etməyə çalışır. Onun həyat devizi dəyişməzdir: öyrənmək, tətbiq etmək və öyrətdiklərini gələcək nəsillə bölüşmək.

Qısa desək, Hüseyn Eynalzadə istedadı, zəhməti və müasir mühəndislik düşüncəsi ilə Azərbaycanın beynəlxalq enerji arenasında yüksələn simasıdır.

Oxşar xəbərlər

Bütün xəbərlər