1 dekabr – Dünya QİÇS-lə Mübarizə Günü
1 dekabr bütün dünyada QİÇS-lə mübarizəyə həsr olunan xüsusi gündür. Bu tarix HİV/QİÇS haqqında maarifləndirməni artırmaq, cəmiyyətdə yanlış fikirləri aradan qaldırmaq və bu infeksiya ilə yaşayan insanlara dəstək vermək məqsədi daşıyır. Dünyanın bir çox ölkəsində olduğu kimi, ölkəmizdə də bu gün müxtəlif məlumatlandırıcı tədbirlər keçirilir, gənclərə sağlam həyat tərzi və məsuliyyətli davranış önəmi aşılanır.
Məktəblərdə şagirdlərə QİÇS-in yoluxma yolları, ondan qorunma vasitələri və tolerantlığın əhəmiyyəti izah edilməli, cəmiyyətin hər bir üzvünün maarifli olması üçün kiçik də olsa addımlar atılmalıdır. Bu gün bizi bir daha sağlam həyatın, düzgün məlumatın və bir-birimizə dəstəyin vacibliyini xatırladır.




























