Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbində anonim sorğu
Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbin IX sinif şagirdləri ilə (qızlar və oğlanlarla ayrı -ayrılıqda) Məktəbdaxili psixoloji
vəziyyətin qiymətləndirilməsi üçün "Anonim" sorğu keçirilmişdir. Sorğunun aparılmasını təşkil edən, İntizam Şurası komisiyyasının sədri Ə.Topçuyev, sosial pedaqoq S.Namazova, məktəbin psixoloqları T.Kəlbliyeva və G. Atamoğlanova xüsusi səy göstərmişdir.
Belə sorğuların keçirilməsi məktəbin inkluziv şəraiti, bullinqin qarşısının alınması və digər problemlərin aşkarlanması üçün çox vacibdir. Bu addımdan ötrü məktəb rəhbərliyini təbrik edirik.




























