Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

245 uşaq inklüziv təhsilə cəlb olunub

245 uşaq inklüziv təhsilə cəlb olunub

2023–2024-cü tədris ilində ölkə üzrə 40 ümumi təhsil müəssisəsində 245 sağlamlıq imkanları məhdud uşaq inklüziv siniflərdə təhsilə cəlb olunub.

Bu barədə "tehsilmedia.info"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqların inklüziv siniflərdə təhsilə cəlb olunması və onların cəmiyyətə inteqrasiyası üçün Elm və Təhsil Nazirliyi tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu layihələrdən biri də 2021–2022-ci tədris ilindən Təhsil İnstitutunun Elm və Təhsil Nazirliyi və UNICEF ilə birgə həyata keçirdiyi "İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" adlı silsilə layihədir. Layihənin məqsədi Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirməkdir.

Sözügedən layihə hazırda 13 region üzrə 38 məktəbdə tətbiq olunur. Cari tədris ilində 55 əlilliyi olan uşaq həmin məktəblərdə inklüziv təhsilə cəlb edilib. Gələcəkdə də inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

Layihə çərçivəsində inklüziv siniflərdə fəaliyyət göstərən pedaqoji heyət ilə onlara inklüziv tədris-təlim prosesinin təşkilində dəstək olmaq üçün “İnklüziv sinifdə təlimin təşkili” adlı ixtisasartırma təlimləri təşkil edilib. Təlimlərdə inklüziv təhsilin mahiyyəti və əhəmiyyəti, inklüzivliyin əsasları, əlilliyə tibbi və sosial yanaşma, uşaqyönümlü pedaqogika, Universal Öyrənmə Dizaynı, inklüziv pedaqoji fəaliyyətin təşkili kimi mövzular müzakirə olunub, səmərəli inklüziv təhsil üçün məktəb icması, müəllim, valideyn və şagirdlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bundan başqa, məktəb heyəti və müvafiq siniflərin şagird və valideynlərində inklüziya mədəniyyətini formalaşdırmaq məqsədilə ayrı-ayrılıqda görüşlər keçirilib. Əlavə olaraq, məktəblərə mentorluq və Fərdi Təlim Planları (FTP) üzrə dəstək göstərilib.

Qeyd edək ki, şagirdlərin inklüziv siniflərə seçimi müvafiq qanunvericilikdə (İnklüziv təhsilin təşkili Qaydası) qeyd olunmuş kriteriyalar əsasında psixoloji-tibbi-pedaqoji komissiyalar (PTPK) tərəfindən həyata keçirilir. Bu fəaliyyətlərində komissiya üzvlərinə dəstək olmaq üçün inklüziv təhsil və inklüzivlik, şagirdlərin müəyyənləşdirilməsi meyarları, müvafiq qanunvericilik, PTPK-nın inklüziv təhsildə rolu kimi mövzuları əhatə edən görüş və təlimlər təşkil olunub.

245 uşaq inklüziv təhsilə cəlb olunub

Oxşar xəbərlər

Bütün xəbərlər