Xəbər lentiwidget-title-icon

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK
Bu gün 9 və 11-ci siniflərin imtahan GÜNÜDÜR
Onlar bu gün Azərbaycan dilindən imtahan verəcək
Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili əsas məqsədimizdir - Araz Paşayev
Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ŞOK DETALLAR!!!
Aprelin 5-də keçirilən buraxılış imtahanının NƏTİCƏLƏRİ elan olundu
Səkkiz şagird 300 bal topladı - 7-si QIZDIR
Elm və təhsil sahəsində media və kommunikasiya üzrə ixtisaslaşmaq istəyən tələbə və məzunlar üçün FÜRSƏT
TKTA saxta diplomlarla bağlı müraciət etdi
Naxçıvanda ikinci dövriyyə üzrə sertifikatlaşdırma imtahanları başlayır
Magistraturaya qəbul imtahanında bu dəyişikliklər TƏKLİF OLUNUR
AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq imzalanıb
Qobustan məktəbində ingilis dili gecəsi maraqla qarşılandı
Psixoloqdan valideynlərə üç vacib məsləhət
"Bəzi müəllimlər bu prosesi ağır keçirəcək" - Əməkdar müəllim
Samuxda "Ərik Festivalı" Bəhanəsi: Məktəblərdə Qanunsuz Pul Yığımı İddiası
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir (FOTO)
Naxçıvan Dövlət Universiteti ilə Pekin Kimya Texnologiyaları Universitetlərarası Süni İntellekt Mərkəzi yaradılır
“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə də məşğul olacaq – QƏRAR
Firudin Qurbanov: Media savadlılığı yeni dövrün əsas tələbinə çevrilir
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Şirvan-Salyanda buraxılışdan fənlər üzrə 100 bal toplayanIarın SAYI
ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı
Nazir müavini: Məktəblərdə hər 6 şagirdə 1 kompüter düşür

Məzunların uğuru universitetin ən güclü reytinq meyarıdır

Müasir ali təhsil sistemində universitetlərin reputasiyası uzun illər boyu abituriyent qəbulunun kəmiyyət və keyfiyyət göstəriciləri ilə ölçülüb. Xüsusilə postsovet məkanında yüksək bal toplayan abituriyentlərin cəlb edilməsi universitetin “reytinqi”, “cazibədarlığı” və “brend gücü” kimi təqdim olunub".

Bu fikirləri AzEdu.az-a açıqlama verən Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

Professorun sözlərinə görə, qlobal ali təhsil mühitində getdikcə daha çox vurğulanan yeni paradigma universitetlərin vətənpərvər siyasətlə deyil, məzunların əmək bazarına uyğunluğu, peşəkar bacarıqları və iqtisadiyyata verdikləri real töhfə ilə ölçülməli olduğunu göstərir:

"Bu yanaşma universitet missiyasını tədrisə yönəlmiş bir strukturdən çıxararaq, insan kapitalının və innovasiya ekosisteminin əsas aktoruna çevirir. Ən yüksək bal toplayan tələbənin universitetə daxil olması heç də həmin universitetin ona daha yüksək dəyər qatacağı anlamına gəlmir. Bu, yalnız “hazır keyfiyyəti” qəbul etmək deməkdir.

Qəbulla öyünmək nəticəyönümlü təhsil konsepsiyasına ziddir. Təhsilin dəyəri “input”la deyil, “output” və “outcome” ilə qiymətləndirilir. Qabaqcıl ali təhsil sistemlərində (ABŞ, Böyük Britaniya, Almaniya, Skandinaviya ölkələri və s.) universitetlərin uğuru müəyyən göstəricilərlə ölçülür.

Məzunların məşğulluq göstəricilərinə ilk 6-12 ayda işlə təminat səviyyəsi, peşə üzrə işləmə payı, orta əməkhaqqı və karyera artım dinamikası daxildir. Bu göstəricilər universitetin əmək bazarının tələblərinə cavab verən insan kapitalı yetişdirdiyini göstərir.

Həmçinin məzunların iqtisadiyyata töhfəsi, yaradıcılıq və innovasiya fəaliyyətləri, sahibkarlıq təşəbbüsləri, yaradılmış şirkətlərin dövriyyəsi və məşğulluq yaratma imkanları, dövlət sektorunda strateji vəzifələrdə təmsil olunma və s. Bu göstəricilər universitetin ölkənin sosial-iqtisadi inkişafındakı rolunu artırır".

Universitetlər yalnız peşəkar deyil, həm də sosial məsuliyyətli vətəndaş yetişdirirlər:

"Universitetlərin “giriş əsaslı” yanaşmadan “çıxış əsaslı” modelə keçməsi üçün bəzi istiqamətlərin formalaşdırılması vacibdir. Universitetlər məzunlarının harada işlədiyini, hansı bacarıqları tətbiq etdiyini, karyera inkişafını ölçən Məzun İzləmə Sistemi (Graduate Tracking System) yaratmalıdır.

İnnovasiya və startap ekosistemi: Universitetlər gənc tədqiqatçıların ideyalarını kommersiyalaşdırmaq üçün inkubatorlar, texnoparklar və venture proqramlar qurmalıdır.

Müasir dövrün universitetləri abituriyent qəbulu ilə fəxr edən deyil, yetişdirdiyi insan kapitalı ilə ölkənin iqtisadi və sosial inkişafına real töhfə verən institutlar olmalıdır. Məzunların uğurları universitetin “şöhrət kitabı”nın ən qiymətli səhifəsidir. Universitetin brendi, nüfuzu və milli dəyəri məhz bu nəticələrlə ölçülməlidir. Bu yanaşma həm də yeni bir ali təhsil fəlsəfəsi formalaşdırır. Universitetlər bilik istehsal edən, iqtisadiyyat quran, cəmiyyət yaradan strateji institutlardır".

Oxşar xəbərlər

Bütün xəbərlər