Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI

Mediator şagirdlər üçün 6 günlük məktəb mediasiyası təlimi yekunlaşdı

Mediator şagirdlər üçün 6 günlük məktəb mediasiyası təlimi yekunlaşdı

Məktəb mediasiyasının tətbiqi ilə bağlı şagirdlər üçün keçirilən 6 günlük onlayn təlim yekunlaşıb. Təlimlər “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə icra etdiyi “Məktəbli münaqişələrinin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi” layihəsi çərçivəsində reallaşdırılıb.

Modern.az xəbər verir ki, təlimlərdən öncə 15 pilot məktəbin hər birində layihəyə cəlb olunan VI-IX siniflərdə mediator seçkiləri keçirilib. Şagirdlər oxuduqları siniflərdə yaşanan münaqişələri həll etmək üçün etibar etdikləri şagirdləri seçiblər. Seçkilərin nəticəsi olaraq 15 pilot məktəbdən 118 nəfər şagird müəyyənləşib. Daha sonra həmin şagirdlərin valideynlərindən övladlarının könüllü mediator fəaliyyəti üçün razılıq alınıb. Sonda 101 şagird onlayn təlimlərə cəlb olunub.

Təlimə cəlb olunan şagirdlər təhsil alması zamana uyğun iki qrupa bölünüblər. Günün birinci yarısı təhsil alan şagirdlər günün ikinci yarısı, günün ikinci yarısı təhsil alan şagirdlər isə günün birinci yarısı onlayn formada təlimə cəlb olunublar.

Onlayn təlimlər 10, 11, 12, və 14, 15, 16 aprel tarixlərində “Zoom” proqramı üzərindən keçirilib.

Təlimin ilk 3 günü Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, psixoloq Şəfiqə Rzayeva tərəfindən aparılıb. Şagirdlərə məktəb psixoloqları münaqişəli stuasiyanın tərəflərinə yanaşma, qarşılıqlı hörmət, emosiyaların idarə edilməsi, empati qurma bacarıqları ilə bağlı məlumatlandırılıblar.

Növbəti 3 gündə təlimlər layihə çərçivəsində əməkdaşlıq edilən Bakı 15 saylı Mediasiya Təşkilatının direktoru Qasım Şaliyev, mediatorlar - Şakir Səfərbəyov, Aynur Hüseyn, Almaz Ağamuradova, Narvin Mahmudova və Nəsimi Mirzəyev tərəfindən aparılıb. Təlim zamanı iştirakçılara məktəbli münaqişələri, münaqişənin mərhələləri, məktəbli mediasiyası, mediasiyanın əsas prinsipləri, münaqişələrin çözülməsi üçün tələb olunan bacarıqlar, neytral yanaşma sərgiləmə, münaqişə tərəflərinə ünvanlanacaq sualların seçilməsi, onlar üçün ortaq nöqtələrin tapılması ilə bağlı məlumat veriblər. Sonda şagirdlər rol oyunları vasitəsi ilə 6 gündə öyrəndikləri nəzəri bilikləri təcrübədə necə bacarığa çevirdiklərini nümayiş etdiriblər.

Növbəti mərhələdə təlimlərdə fəal iştirak edən 84 nəfər şagird məktəb mediatoru kimi fəaliyyətə başlayacaqlar.

Qeyd edək ki, layihənin icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 113, 156 və 244 nömrəli, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xırdalan şəhəri 6, 11 nömrəli, Sumqayıt şəhəri 3 nömrəli, 7 nömrəli və 14 nömrəli, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Kəlbəcər rayon 117 nömrəli, Laçın rayonu 1 nömrəli, 45 nömrəli, Qubadlı rayonu 1 nömrəli və Cəbrayıl rayon Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbi və Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Füzuli rayonu 47 nömrəli, Ağdam rayonu 32 nömrəli tam orta məktəbi əhatə edir.

Oxşar xəbərlər

Bütün xəbərlər