Xəbər lentiwidget-title-icon

İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq

Azərbaycanlı fotoqraf və rəssamın əsərləri UNESCO-da sərgilənib

Azərbaycanlı fotoqraf və rəssamın əsərləri UNESCO-da sərgilənib

UNESCO mənzil qərargahında bu təşkilatın “Daimi Nümayəndələri Klubu”nun (Cercle des Delegues) təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.

Tədbirdə müxtəlif ölkələrin təmsilçiləri tərəfindən rəsm əsərlərindən ibarət sərgi, eləcə də musiqi və poeziya gecəsi təşkil olunub.

Əməkdar rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Əsmər Nərimanbəyovanın rəhbərliyi ilə azərbaycanlı rəssamların və fotoqrafların əsərləri nümayiş olunub. Nümayiş olunan əsərlər arasında Ağdəs Bağırzadənin fotoları və Güllü Vəliyevanın rəsmləri yer alıb.

Ağdəs Bağırzadənin lakonik və yaradıcı fotolarının hər biri sanki fotoqraf tərəfindən izlənmiş və bir anlığa dondurulmuş həyatı əks etdirir. Əvvəlcə musiqiçi olmaq istəsə də, foto sənəti onu daha çox cəlb etdiyi üçün fəaliyyətini fotoqrafiya sahəsində davam edib. Tanışlarının ona hədiyyə etdiyi "Zenit" fotoaparatı ilə fəaliyyətə başlayan A. Bağırzadənin əsrarəngiz fotoları Böyük Britaniya, ABŞ, Çin, Fransa, Türkiyə, Rusiya, Polşa, Sloveniya, Avstriya kimi ölkələrdə sərgilənib.

Fiziki məhdudiyyətli Güllü Vəliyevanın da əsərləri sərgidə nümayiş olunub və tədbir iştirakçılarının diqqətini cəlb edib. O, hələ kiçik yaşlarından rəssamlığa marağı olduğunu bildirib. Ancaq ilk dəfə 2018-2019-cü illərdə ciddi olaraq rəsmlə məşğul olmağa başlayıb. O, ilk rəsm müəllimi Nərminə Vəliyevaya minnətdar olduğunu deyərək, 2021-ci ildən Fransada yaşamağa başlayandan Parisdəki səfirliyimizin Mədəniyyət Mərkəzində Ə. Nərimanbəyovanın rəsm dərslərinə qatıldığını qeyd edib. UNESCO-da təşkil olunmuş sərgi G.Vəliyevanın 2-ci sərgisidir. Bu sərgidə onun “My Beautiful Grandmother” və “Chinese New Year” əsərləri nümayiş olunur. İlk dəfə o, İtaliyada “Venetian Lagoon in Art” sərgisində iştirak edib və “Teddy Bear“ əsərinə görə uğur sertifikatı ilə təltif olunub. G. Vəliyevanın bir neçə əsəri şəxsi kolleksiyalarda saxlanılır.

Tədbir müxtəlif ölkələrdən olan nümayəndələrin musiqi ifaları və poeziya nümunələrinin səslənməsi ilə davam edib.

(AZƏRTAC)

Oxşar xəbərlər

Bütün xəbərlər