Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Gənc rəssam: "Ən böyük arzum Şuşada əsərlərimdən ibarət sərgimin açılmasıdır"

Gənc rəssam: "Ən böyük arzum Şuşada əsərlərimdən ibarət sərgimin açılmasıdır"

"Ən böyük arzum Şuşada rəsmlərimdən ibarət sərgimin açılmasıdır".

tehsilmedia.info xəbər verir ki, bu sözləri Marneulidən olan gənc azərbaycanlı rəssam Günel Zeynalova AZƏRTAC-a müsahibəsində deyib.

Rəssam bildirib ki, 2020-ci ilin sentyabrında şanlı Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdiyi 44 günlük Vətən müharibəsi dövründə biz də azərbaycanlı olaraq tarixi Vətənimizin, Azərbaycan dövlətinin ətrafında sıx birləşdik. İşğaldan azad edilmiş ərazilərdə indi sürətlə quruculuq işləri aparılır. Şuşa Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilib. Bir azərbaycanlı kimi, mən də Şuşada olmaq istəyirəm. Amma Şuşaya əliboş getmək istəmirəm. Niyyətim və ən böyük arzum çəkdiyim rəsm əsərlərindən ibarət sərgimin Şuşada açılmasıdır.

G.Zeynalovanın uşaqlıqdan rəssamlığa marağı olub. O, rəssamlığa Marneulidəki “Çay Evi”ndən başlayıb. Ailəsi ilk vaxtlar onun bu sənəti seçməsini istəməsə də, sonradan marağını nəzərə alaraq, ona dəstək verib. Günelin rəssamlıqla yanaşı, musiqiyə də böyük marağı var. O, fortepianoda çox gözəl ifa edir.

Gənc rəssam əsasən realizm janrında rəsmlər çəkir. O deyir: “Mən reallığı daha çox əks etdirmək istəyirəm. Həm də yağlı boya və pastel texnikalarına daha çox üstünlük verirəm. Onlar rəngli olmaqla yanaşı, mənim iç dünyamı daha yaxşı göstərməyə imkan verir”.

İndiyədək Günelin bir neçə dəfə sərgisi təşkil edilib. Onun ilk fərdi sərgisi Marneuli Mədəniyyət Evində açılıb. Rəssamın əsərləri, həmçinin Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində, Gürcüstan Rəssamlıq Akademiyasında, A.Kutatelidze adına Tbilisi Dövlət Rəssamlıq Akademiyasının Muzeyində, Marneuli Mədəniyyət Evində, “Ata Holding”, “Çay Evi” və digər məkanlarda sərgilənib. O, indi Şuşaya, eləcə də Azərbaycanın işğaldan azad olunmuş digər bölgələrindəki tarixi-mədəni abidələrinə, füsunkar təbiətinə aid mövzular üzərində işləmək istəyir.

Gənc rəssam Xocalı faciəsi barədə də rəsm çəkib. O bu barədə bildirib: “Xocalı faciəsi baş verəndə mən heç dünyaya gəlməmişdim. Sonradan bu faciə haqqında valideynlərimdən, yaxınlarımdan çox eşitdim, mətbuatdan və kitablardan oxudum. Ürəyimdə baş qaldıran ağrı ilə Xocalı soyqırımı ilə bağlı rəsm çəkdim və əsərim Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkil etdiyi sərgidə böyük marağa səbəb oldu. Mən bu əsərdə insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayəti dünyaya çatdırmaq istəyirdim. Düşünürəm ki, buna nail oldum”.

G.Zeynalova 1997-ci il aprelin 17-də Marneuli rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub. 2020-ci ildə Akademiyanı bitirdikdən sonra Gürcüstana qayıdıb və rəssamlığın sirlərini burada yeniyetmə və gənclərə öyrədir.

Oxşar xəbərlər

Bütün xəbərlər