Xəbər lentiwidget-title-icon

Gəncə-Daşkəsən üzrə təhsil rəqəmləri: neçə şagird və müəllim var?
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib
Sevinc Orucova KİMƏ ARXAYINDIR?
İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə keçirir

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə keçirir

Bakı Dövlət Universiteti (BDU) 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edib.

Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, ənənəvi olaraq keçirilən “İlin gənc alimi” müsabiqəsinin məqsədi BDU-nun yaşı 35-ə qədər olan, il ərzində yüksək elmi nəticələr göstərmiş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə işıq üzü görmüş elmi məqalələri və əsərləri olan, elmi işlərinə istinad edilən, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Qaliblər 2 nominasiya üzrə “İlin gənc alimi” adını alacaq, diplom və pul mükafatları ilə təltif ediləcəklər.

Müsabiqəyə təqdim olunan iddia sənədləri müəyyən edilmiş meyarlar və hər bənd üzrə xüsusi çəki nəzərə alınmaqla qiymətləndiriləcək.

Müsabiqədə iştirak etmək üçün 2024-cü ildə təbiət-dəqiq və texnika elmləri sahələri üzrə ən azı 1 məqalə “Web of Science” və ya “Scopus” bazalarına daxil olan jurnallarda dərc edilməlidir. Humanitar və ictimai elm sahələri üzrə ən azı 1 məqalə “Web of Science”, “Scopus” və digər nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunmalıdır.

Müsabiqəyə təqdim olunan iddia sənədləri:1. 2024-cü ildə dərc olunmuş məqalələrin əsli və/və ya surəti (PDF formatda, DOI və internet linki göstərilməklə);

2. 2024-cü ildə dərc olunmuş monoqrafiya və kitablar, atlaslar və icmallar (əsli və/və ya surəti, PDF formatda);

3. 2024-cü ildə alınmış ixtiralar, patentlər (surəti);

4. Elmi işlərə 2024-cü ildə olunan istinadların sayı (müəllif(lər)in özünə olunan istinadı istisna olmaqla) (H-indeksi, SCOPUS, Web of Science, Google Scholar üzrə statistika (linklər göstərilməklə));

5. Multidisiplinar və tətbiqi xarakterli elmi işlər (konkret əsaslandırılmaqla);

6. Respublika və beynəlxalq səviyyəli elmi konfrans, simpozium və digər tədbirlərdə (o cümlədən online olmaqla) iştirak (adını və linkini dəqiq göstərməklə, elmi tədbirin proqramının və tezislərinin müvafiq hissələrinin surətlərini əlavə etməklə);

7. Ölkədaxili və xarici qrantlar üzrə işlər (2024-cü ildə, konkret göstərilməklə);

8. Tədris fəaliyyəti (2024-cü ildə, konkret göstərilməklə);

9. Elmin kütləviləşdirilməsi üzrə fəaliyyət, yığıncaqlarda, ictimaiyyətlə görüşlərdə (o cümlədən onlayn olmaqla) elmi-kütləvi çıxışlar, TV, radio, internet TV-lərdə çıxışlar, KİV-lərə müsahibələr, yazılar (surətləri əlavə olunmaqla, böyük həcmli materiallar üçün isə internet linki göstərilməklə);

Oxşar xəbərlər

Bütün xəbərlər