Xəbər lentiwidget-title-icon

İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq

BDU “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edir

BDU “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edir

Bakı Dövlət Universiteti (BDU) əməkdaşları arasında 27 Mart - Azərbaycanda Elm Gününə həsr olunmuş “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edir.

BDU-dan bildirilib ki, müsabiqənin məqsədi il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş əməkdaşların mükafatlandırılmasıdır.

Müsabiqə üzrə qaliblər aşağıdakı nominasiyalar üzrə “İlin alimi” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:

1-ci yer:

Təbiət və texnika elmləri üzrə – 1 nəfər (2 500 manat);

Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (2 500 manat).

2-ci yer:

Təbiət və texnika elmləri üzrə – 1 nəfər (1 500 manat);

Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 500 manat).

3-cü yer:

Təbiət və texnika elmləri üzrə – 1 nəfər (1 000 manat);

Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 000 manat).

Müsabiqənin keçirilmə müddəti:

1.Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar fevralın 19-dan başlayaraq elektron formada və ya kağız şəklində qəbul olunur;

2.Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2024-cü il 19 mart saat 17:00-dır.

Müsabiqəyə sənədlərin təqdim olunması:

1. İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (“Müsabiqənin meyarları” bölməsində göstərilmiş materiallar elektron formada) elm-innovasiyalar@bsu.edu.az ünvanına təqdim etməlidirlər.

2. Müsabiqədə yalnız BDU-nun əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.

3. Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir nəşr (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bu təqdim olunma həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırılmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.

4. Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həmmüəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən iddiaçı daşıyır.

5. Digər müvafiq ölkədaxili və ya regional/beynəlxalq mükafat müsabiqələrində mükafatlandırılmış işlər bu müsabiqəyə təqdim edilə bilməz.

6. Bu müsabiqə çərçivəsində mükafatlandırılan işlər cari ildə BDU üzrə elan ediləcək digər müsabiqələrə təqdim edilə bilməz.

Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti onları təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər və elektron daşıyıcılar bir qayda olaraq geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən ekspertiza mərhələsində saxta sənəd, imza və məlumatların təqdim olunması iddiaçının bu müsabiqədən və gələcəkdə keçiriləcək müsabiqələrdən kənarlaşdırılmasına səbəb olur.

Oxşar xəbərlər

Bütün xəbərlər