Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

ADPU-da auditoriyalara daman su tələbələrin davamiyyətinə təsir etməyib

ADPU-da auditoriyalara daman su tələbələrin davamiyyətinə təsir etməyib

Xəbər verdiyimiz kimi, Bakıda ötən gün səhər saatlarında başlayan yağıntılar universitetlərə də təsirsiz ötüşməyib.

Belə ki, hava şəraiti ilə əlaqədar yağış suları auditoriyadakı partaların üstünə tökülüb.

Bu hadisə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü korpusunda baş verib.

Vəziyyətlə əlaqədar AzEdu.az Təhsil Portalı olaraq Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə əlaqə saxladıq.

Universitetdən bildirilib ki, vəziyyətə dərhal müdaxilə edilib və yaranan problem qısa zamanda aradan qaldırılıb:

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) III tədris binasında auditoriyaya yağış suyunun damması ilə bağlı bəzi xəbər portallarında yayılan görüntülərlə bağlı bildirmək istərdik ki, yaranmış vəziyyət aramsız davam edən güclü yağış səbəbindən baş verib və sözügedən tədris korpusunun yerləşdiyi bina köhnə olduğundan bu kimi halın yaşanması, təəssüf ki, qaçınılmaz olmuşdur. Bununla belə, vəziyyətə dərhal müdaxilə edilib və yaranan problem qısa zamanda aradan qaldırılıb.
Eyni zamanda bildirmək istərdik ki, vəziyyətlə bağlı təhsilalanların sağlamlığı üçün heç bir risk yaranmayıb. Sözügedən hal sonuncu dərsin bitməsinə yaxın yaşanıb. Bu zaman müəllim vəziyyəti ələ alaraq dərhal tələbələri kənar partalara yönəldib və dərsi tamamlayıb (su daman hissədə tələbələrin olmadığı görüntülərdə də aydın görünür). Ümumilikdə, tədris binalarının tədrisə yararlı halda olması və cari problemlərin aradan qaldırılması məqsədi ilə hər mövsümdə cari təmir işləri həyata keçirilir".T. Mirzəyev qeyd edib ki, universitetdə dərslər normal qaydada davam edir

"Sözügedən tədris binası nisbətən köhnə olduğundan infrastrukturunda müəyyən problemlər mövcuddur və bunların zamanla aradan qaldırılması, infrastrukturun yenilənməsi məqsədi ilə iş aparılır. Konkret yaşanan hala gəldikdə isə, diqqətinizə çatdırmaq istərdik ki, bütün fəsadlar və onların yaratdığı nəticələr qeydə alınıb və qış mövsümünə hazırlıq işləri çərçivəsində bütün bu problemlər aradan qaldırılacaqdır. Onu da bildirək ki, yağışlı hava şəraiti müəllim və tələbələrin dərs prosesində iştirakına və davamiyyətə ciddi təsir etməyib. Universitetdə dərslər normal qaydada davam edir".

Oxşar xəbərlər

Bütün xəbərlər