Xəbər lentiwidget-title-icon

Abşeronda valideyn konfransı keçirilib
Autizm fərdi məsələ deyil, cəmiyyətin ortaq məsuliyyətidir
LDU beynəlxalq akademik əməkdaşlıqlarını genişləndirir
ATU-nun voleybol üzrə komandası ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən yarışın qalibi olub
BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
Elə universitetlər var ki, qəbul siyasətində daha SƏRBƏST yanaşma tətbiq edirlər - "kim istəyir gəlsin" yanaşmasını seçirlər
Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Heydər Əliyevin ildönümünə həsr olunan “Zirvə” Gənclər Düşərgəsinə qeydiyyat elan edilir
Sosial elmlər niyə hələ də vacibdir? - professor Süleyman İnan açıqladı
I sinfə qəbul prosesi başlayır
TəhsilPlus kartına dair interaktiv görüş keçirilib
Uşaqların təkcə imtahan nəticələri deyil, tərbiyəsi də önəmlidir
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filialını açıb
UNEC tələbələri üçün maarifləndirici təlim
Qobustanda şagirdlərlə maarifləndirici görüş keçirilib
DİM əvvəlki illərin məzunları üçün sorğu elan edib
1702 namizəd rezidentura imtahanı verəcək
İnternet zəif idi, ideya güclü: Astara müəlliminin tətbiqi 9 min istifadəçi TOPLADI
3 gün ardıcıl qeyri-iş günü olacaq
Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı
İnklüziv sahədə könüllü olmaq imkanı əldə et - WUF 13
Texnologiya sahəsində karyera qurmaq istəyən xanımlar üçün YENİ layihəyə start verilir

Böyük Qayıdışın ilk tələbəsini hazırlayan Ağalı MƏKTƏBİ

Böyük Qayıdışın ilk tələbəsini hazırlayan Ağalı MƏKTƏBİ

Ağalı kənd tam orta məktəbində təkcə kəndin sakinləri yox, eləcə də ətraf ərazilərdə yaşayan hərbçi ailələrinin övladları da təhsil alırlar. Bununla yanaşı, Azərbaycanın müxtəlif rayon və şəhərlərindən gəlib burada müəllim işləyənlər var.

Bunu “Azərbaycan müəllimi”nə məktəbin direktoru Nərmin Həsənova deyib.

O bildirib ki, məktəb 15 sentyabr 2022-ci ildən 62 şagird ilə fəaliyyətə başlayıb:" Hazırda məktəbdə 144 şagird təhsil alır. Bu il məktəbimizin ikinci tədris ilidir. Məktəbdə məktəbəqədər qrup və I-XI siniflər fəaliyyət göstərir. 15 pedaqoji heyət və 11 inzibati işçi var. Keçən tədris ilində isə məktəbdə 13 fənn müəllimi və 6 inzibati işçi var idi. Ailələr Ağalıya köç etdikcə şagirdlər yerdəyişmə edərək məktəbə qəbul olunurlar.

Məktəbdə təkcə Ağalı kəndinin sakinləri yox, eləcə də ətraf ərazilərdə yaşayan hərbçi ailələrinin övladları da təhsil alırlar. Eyni zamanda köçlə Ağalıya qayıdan müəllimlər də təhsil müəssisəsində işlə təmin ediliblər. Bununla yanaşı, Azərbaycanın müxtəlif rayon və şəhərlərindən gəlib məktəbdə müəllim işləyənlər də var. Növbəti tədris ilində daha böyük tərkibdə fəaliyyət göstərəcəyimizi düşünürük"Direktorun sözlərinə görə, məktəb 2022-2023 və 2023-2024-cü tədris illəri ərzində şagirdlərin yaradıcı inkişafına təsir edən fənlərin tədris keyfiyyətini artıran layihələrə qoşulub

Belə ki, Respublika Fənn Olimpiadalarında və Respublika Fənn Müsabiqələrində, Kenquru Riyaziyyat Olimpiadasında, Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasında və “Qərbi Azərbaycana Qayıdış” Olimpiadasında şagirdlər fəallıq nümayiş etdiriblər: "2022-2023-cü tədris ilində Respublika Fənn Olimpiadasında VIII sinif şagirdi Aydan Hüseynzadə Azərbaycan dili və ədəbiyyat fənnindən yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb. 2023-2024-cü tədris ilində isə Respublika Fənn Müsabiqəsində 1 şagirdimiz- Rüstəm Quluzadə yarımfinal turuna keçib.

Bu il ölkəmizdə ümumtəhsil məktəblərində IX-X sinif şagirdləri arasında, ilk dəfə olaraq “Qərbi Azərbaycana Qayıdış” Olimpiadası keçirilib. Ölkə üzrə IX siniflərdən 14 nəfər növbəti mərhələdə iştirak etmək üçün vəsiqə qazanıb. 14 nəfərdən 2 şagird Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin IX sinif şagirdləri İlkin Abdullazadə və Aydan Hüseynzadədir. 2022-2023-cü tədris ilində isə məktəbin məzunu Sənan Əliyev Bakı Avrasiya Universitetinin regionşünaslıq fakültəsinin “Marketinq” ixtisasına qəbul olub. Sənan Əliyev işğaldan azad olunan ərazilərə Böyük Qayıdışın ilk tələbəsidir”. Direktor N.Həsənova bu il təhsil müəssisəsində ikinci dəfə keçirilən buraxılış imtahanlarının təşkilindən söz açıb. Bildirib ki, məktəbin IX siniflərində 8, XI siniflərində 3 şagird imtahan verib: "İmtahanlar müəssisədə təşkil olunub. DİM-in nəzarətçiləri, koordinatorları məktəbdə keçirilən imtahan prosesini izləyiblər. Məktəbin IX sinif şagirdləri İlkin Abdullazadə və Aydan Hüseynzadə 220 bal toplayaraq yaxşı nəticə göstəriblər. Yeni tədris ilində yeniliklərin olacağı gözlənilir. “Rəqəmsal bacarıqlar” yeni fənn olaraq tədris ediləcək”.

Direktor Ağalı kənd tam orta məktəbinin Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə birgə daim layihələr həyata keçirən təhsil ocağı olduğunu vurğulayıb: "Bununla yanaşı, ölkənin digər ümumtəhsil məktəbləri ilə birgə onlayn və tele-dərslər təşkil edilib. 2023-2024-cü tədris ilində Elm və Təhsil Nazirliyi tərəfindən 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə İdman həftəsi çərçivəsində təşkil olunmuş “Yaşıl dünya və idman adlı” rəsm müsabiqəsində fəal iştirakına görə, gənclər və idman naziri Fərid Qayıbov tərəfindən məktəbin VII sinif şagirdləri Hüseyn İbrahimli və Nigar Hüseynli, VI sinif şagirdi Fidan Cəfərli və V sinif şagirdi Fatimə Göyüşova mükafatlandırılıblar".

Qeyd edək ki, məktəb “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramının da qaliblərindəndir.

Oxşar xəbərlər

Bütün xəbərlər