Elm və təhsil naziri mayın 26 - da İsmayıllıda vətəndaşları qəbul keçirəcək

Elm və təhsil naziri Emin Əmrullayev 2023-cü il mayın 26-da İsmayıllı rayonunda vətəndaşların qəbulunu keçirəcək.
tehsilmedia.info xəbər verir ki, qəbulda İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayon sakinləri iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyən şəxslər 19 may 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin 146-6 nömrəli Çağrı Mərkəzinə zəng etməklə qəbula yazıla bilərlər.
Bununla yanaşı, nazirliyin rəsmi saytının "Əlaqə” bölməsi vasitəsilə (https://edu.gov.az/az/contact) elektron formada və ya "WhatsApp" xidmətinə (+994 51 206 78 48) müraciət etməklə qeydiyyatdan keçmək mümkündür.