Xəbər lentiwidget-title-icon

Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI
98 balla yenidən ölkə BİRİNCİSİ OLDU
Azərbaycanda Məhərrəm ayı başlayıb
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə 2 milyard dollar ayrılıb

I BANM Biznes forumu keçirilib - FOTO

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Yeni reallıqlar çərçivəsində dəyişən biznes trendləri və təhsil” mövzusunda I BANM Biznes forumu keçirilib.

Bu barədə "tehsilmedia.info"a BANM-dən məlumat verilib.

Tədbirin açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov forumun əhəmiyyətinə toxunaraq bildirib ki, bu #forum sürətlə dəyişən dövrdə biznes və təhsil sahəsinin sıx əlaqələrini, çağırışlara cavab vermək üçün fərqli yanaşmaları, təhsil müəssisələrinin prosesə hazırlığını müzakirə etmək, yeni ideyalar barədə fikir mübadiləsi aparmaq baxımından faydalı platformadır.

Rektor qeyd edib ki, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş və dövlət qurumları, xarici və yerli ali təhsil müəssisələri nümayəndələrinin, iş adamlarının iştirak etdiyi bu ilk forumda müzakirə olunan mövzular aktuallığı ilə seçilir. O, forumun qarşıya qoyulan məqsədlərə çatacağına, biznes və təhsil əlaqələrinə yeni töhfə verəcəyinə əminliyini bildirib və qeyd edib ki, gələcəkdə Ali Məktəb bu cür forumları ənənəvi olaraq keçirməyi planlaşdırır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri  Orxan Məmmədov biznes və ali təhsil müəssisələrinin əməkdaşlığının vacibliyini vurğulayaraq belə biznes forumların əhəmiyyətli olduğunu bildirib. O qeyd edib ki, KOBİA universitetlərin elmi potensialından istifadə edilməsi, tələbələr arasında müasir və innovativ düşüncəli sahibkarların formalaşdırılması məqsədilə ali təhsil müəssisələri ilə də sıx əməkdaşlıq edir, birgə təşəbbüslər həyata keçirir. O, kiçik və orta biznesin inkişafı sahəsində həyata keçirilən dəstək mexanizmləri və xidmətlərdən də bəhs edib.

Millət vəkili Vüqar Bayramov çıxışında yeni çağırışlar fonunda təhsilə yeni yanaşma üsullarından, təhsil sektorunun dəyər yaradaraq biznesə daxil olmasından, biznes və təhsilin birgə əlaqələrinin əhəmiyyətindən danışıb.

Forum panel müzakirələrlə davam etdirilib. İlk paneldə Özbəkistanın AKFA Universitetinin Biznes Məktəbinin dekanı Odiljon Abdurazzakov "Rəqəmsal erada sahibkarlıq və sahibkar universitetlər” və İzmir Katip Çelebi Universitetinin Biznesin idarə edilməsi fakültəsinin dekanı Sevtap Ünal "Eksperimental marketinq müasir marketinq strategiyalarından biri kimi” mövzusunda çıxış edib. Forumun II panelində dəyişən biznes trendləri real biznes sektorunun nümayəndələri ilə müzakirə edilib. Bu paneldə  "eManat”ın İdarə Heyətinin sədri Ruslan Talıbov və "BERC Group”un həmtəsisçisi və idarəedici partnyoru Kənan Ağayev təqdimat ediblər.

Sonda Bakı Ali Neft Məktəbinin Biznesin idarə olunması kafedrasının müdiri Altay İsmayılov forumun nəticələrinə dair çıxış edib.

Oxşar xəbərlər

Bütün xəbərlər