Xəbər lentiwidget-title-icon

Bakı təhsilinin "Boz kardinal"ı və ya lisenziyasız dövlət qulluqçusu
Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE
Müəllimlərin işə qəbulu: 60 manatlıq ödənişin səbəbi nədir?
Türkiyədə məktəb cinayətləri səbəbilə nazir müavini işdən çıxarılıb
Rektor: Qarabağda güclü akademik mühitin formalaşdırılması əsas hədəflərdəndir
Peşə təhsili və biznes bir arada – Yeni əməkdaşlıqlara start verildi – REPORTAJ
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu
DİM hazırlıq kurslarına qeydiyyata start verdi
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir

“Ədəbi irsin görünməyən tərəfləri" kitabı çapdan çıxıb

“Ədəbi irsin görünməyən tərəfləri" kitabı çapdan çıxıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri professor Mehdi Kazımovun “Ədəbi irsin görünməyən tərəfləri” (“Nezrimıye qrani literaturnoqo naslediya”) kitabı çapdan çıxıb.

İnstitutdan bildirilib ki, müəllifin müxtəlif illərdə Azərbaycan və rus dillərində dərc olunmuş elmi məqalələrini əhatə edən kitab Yaxın və Orta Şərq ədəbiyyatının aktual problemlərinə həsr olunub və xronoloji cəhətdən erkən orta əsrlərdən XX əsrin sonuna qədər olan dövrü əhatə edir. Kitabın ayrı-ayrı bölmələrində nizamişünaslıq və Nizami “Xəmsə”si ilə bağlı nəzirə ənənəsi məsələləri araşdırılır, orta əsrlər Azərbaycan və farsdilli ədəbiyyat nümayəndələrinin yaradıcılığı izlənilir, əlyazma irsi kontekstində bəzi mənbələr işıqlandırılır, eləcə də sufi ədəbiyyatına və xüsusilə az öyrənilmiş sufi nəsrinə diqqət yetirilir.

“Nizamişünaslıq problemləri və orta əsrlər Azərbaycan ədəbiyyatı” adlı birinci fəsildə Şərq ədəbiyyatında Nizami ənənələrinə, dahi şairimizin “Xəmsə”sinin farsdilli hind ədəbiyyatına təsirinə, “Yeddi gözəl” poemasındakı Bəhram obrazına, “Xosrov və Şirin”də bədii zamana, eləcə də Cəmaliyə, Əbdürrəhman Camiyə, Əşrəf Marağaiyə, Məhəmməd Füzuliyə, Saib Təbriziyə, Bədr Şirvaniyə həsr olunmuş məqalələr yer alır.

“Orta əsrlər farsdilli ədəbiyyatı və mənbəşünaslıq məsələləri” adlı ikinci fəsildə Azərbaycan şairlərinin əsərlərinin Böyük Britaniyada saxlanılan əlyazmalarından, Cəmali “Xəmsə”sinin əlyazmasından, Əhməd Dehdar, Kəlim Kaşani, Ürfi Şirazi, Əbül-Feyz Feyzi əsələrindən bəhs edən məqalələr təqdim edilir.

“Farsdilli sufi ədəbiyyatı” adlı üçüncü fəsildəki məqalələrdə Baba Kuhidən, Məhəmməd bin Münəvvərin “Əsrar ət-Tohid”indən, Nəcməddin Razinin “Mirsad əl-ibad”ından və sufi ədəbiyyatının digər nümunələrindən bəhs edilir.

“İran ədəbiyyatı müasir mərhələdə” adlı dördüncü fəsildə 1980-1990-cı illər İran hekayələri, 1990-cı illər farsdilli poeziya, 1970-ci illər fars nəsri, 1970-ci illərin əvvəllərində Şəhriyar poeziyası və s. barədə məqalələr verilib.

Oxşar xəbərlər

Bütün xəbərlər