Xəbər lentiwidget-title-icon

Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib
Sevinc Orucova KİMƏ ARXAYINDIR?
İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA

TKTA, yoxsa Təhsil Keyfiyyətinin Məhv Edilməsi

TKTA, yoxsa Təhsil Keyfiyyətinin Məhv Edilməsi


Təhsildə çox ciddi və ən önəmli problemlərdən biri fəaliyyət planı olmasıdır. Yuxarı təbəqədən aşağı təbəqəyə məcburi göstəriş verilməsi, məktəbin və təhsilin keyfiyyət səviyyəsini qaldırmaq üçün saxta tədbir və göstərişlərin təmin edilməsidir.

Bu təhsili inkişaf etdirmir, əksinə təhsili çökürdür..

Bu gün biz təhsil sistemini kökündən dəyişmişik. Gəlin dediyimizi sadə şəkildə izah edək. Əvvəllər proqram xüsusi mütəxəssislər tərəfindən hazırlanır və məktəblərə təhvil verilirdi. Təbii ki, bütün ölkə üzrə eyni proqram olduğundan yüksək nəticə gözləmək, ya da bütün şagirdlərin uğurunu təmin etmək çətinləşirdi. Amma yeni təhsil sistemində proqram və təxmini gözlənti minimum müəyyənləşdirilib amma bütün şagirdlərin inkişafının təmin edilməsinə yönəldilmişdir. Buna görə də müəllimlər xüsusi olaraq fərdi şəkildə planlaşmasını hazırlamalıdır. Məlum olduğu kimi, hər sinifdə müxtəlif təlim nailiyyətinə, düşüncə tərzinə sahib şagirdlər var. Bunlardan xüsusi qayğıya ehtiyacı olanlar üçün fərdi planın hazırlanması da bu sıradandır.

Dediklərimizi ümumiləşdirsək, kurikulum bütün şagirdləri nəzərə alıb inkişafını təmin etməyi nəzərdə tutur. Bu çox gözəl bir haldır?
Amma uğurludurmu???

Əgər bu gün təhsilin keyfiyyətini artırmaq üçün qarşıya müəyyən məqsədlər qoyulursa, ölkəmizdəki bütün təhsil müəssisələri nəzərə alınmalıdır. Ən böyük səhvi biz tam olaraq burda edirik. Axı təhsil, məktəb sadəcə Bakıdan və Bakının məşhur liseylərinən ibarət deyil. Ola bilər ki, o məşhur yerlər bir ildə 100 faiz tələbə qəbulu versin. Bəs digər bölgələrdəki məktəblər və şagirdlər necə olmalıdır?

Bəzi yerlərdən illərdir tələbə adı qazanan yoxdur, məktəbə gələn yoxdur, hətta məktəb yoxdur.
Müəllimlərin savadını belə Bakının məşhur yerlərinə görə müəyyənləşdiririk. Yenə savadı az olan ən çox savadlı müəllimə ehtiyac duyan kəndlərə, qəsəbələrə, rayonlara düşür. Ən güclü müəllimlər həmin müəyyən liseylərə və ya məktəblərə düşür.

Sonra da qarşıya qoyulan məqsədləri təmin etmək üçün, təmin edildiyini sübut etmək üçün zorakılıq, stress, məcburiyyət halları yaranır.

Əgər siz Azərbaycanda ümumi bilik səviyyəsini hər hansı məşhur məktəbə görə müəyyənləşdirib planları, tələbləri ona əsasən hazırlayıb tələb etsəniz, təbii ki, bu həm xaos, həm mobbinq, həm haqsızlıq yaradacaq, həm də təhsil sistemini kökündən məhv edəcəkdir.

Tələblər qarşısında məcbur Regional Təhsil İdarələri, Məktəb direktorları, Direktorun müavinləri "böyük yerdən gələn əmrə" görə məcburi say verməlidir. Uşaq ad soyadı yazıb göndərilməlidir. Olimpiyadaya, yarışa, flan qədər uşaq verməlidir, flam qədər uşaq buraxılışdan keçməlidir, flan qədər uşaq ali təhsil müəssisəsinə qəbul olunmalıdır, flan qədər uşaq layihəyə qoşulmalıdır.

Yalnız bu da deyil. Səviyyə çox aşağıdır, qaldırmaq lazımdır. Saxta KSQ, BSQ-lər hazırlanmalıdır.

Məktəbdə davamiyyət aşağıdır. Davamiyyətin olmaması səbəbləri ortadan qaldırılmaq əvəzinə tələb olunan davamiyyət üçün "saxta", ya da "zorakı" tədbirlər görülür. Uşaqlar ya sağlıq problemləri, ya məsuliyyətsizlik, ya maddi vəziyyət, ya da universitetə hazırladıqlarına görə gələ bilmirlər. Bu problemləri həll etmək əvəzinə "bizdən belə tələb olunur və məcburən sənəd işləri belə edilməlidir" əmri qarşısında qalırıq.

Təhsilimizdəki acınacaqlı vəziyyəti anlayırsınızmı?

Bakıda məşhur liseylərdə seçmə şagirdlər təhsil alır. Nədənsə, kurikulum onlarda tam olmur, əvvəlki təhsil sistemindən istifadə daha çoxdu. Bunu deməkdə məqsədimiz minimum biliklər və maksimum bacarıqlara yox, elə birbaşa maksimum biliklərə köklənirlər ki, nəticə yaxşı olsun. Şagirdlərin minimum 90%-i ali təhsil müəssisəsinə qəbul olunsun.

Üstəlik digər bölgələrdə məktəblərin vəziyyəti, kadr çatışmazlığı, şagirdlərin maddi vəziyyəti, ailə vəziyyəti, məktəblərin maddi texniki baza və infrastrukturu bərbat haldadır. MİQ imtahanına əsasən yenə savadı daha az olanlar, səriştəsi daha az olanlar həmin məktəblərdə dərs keçirlər. Biz görmüşük, ən çətinə ən güclülülər göndərilsin ki, problemi həll edə bilsinlər amma bizdə əksinədir.

Bəs saxta keyfiyyət, sənədlərdə keyfiyyət kimə və nəyə lazımdır? Bu təhsili sadəcə çökdürmək üçün məqsədli addımdır.

Nə davamiyyəti, nə fəaliyyəti, nə məktəbin məqsədini, planını məcburiyyət üzərində qurmaq, yalandan artırılma tələb etmək sadəcə olaraq lazımsızdır.

Bütün bunların əvəzinə göz boyamağı buraxıb xalqı düşünmək lazımdır. Şagirdlərimizi düşünmək lazımdır. Təhsili, müəllim adını heçə endirmək lazım deyil. Bu sahəni siyasətlə qarışdırıb pul qazanmaq üçün bir vasitə kimi görmək lazım deyil.

Hər şeyi olduğu kimi qəbul edib onun əsasında plan tərtib edilməlidir. Gözlənti ilkin vəziyyətə uyğun olaraq planlaşdırılmalıdır. Ümumi gözləntiyə uyğun olaraq deyil.

Axı biz kurikulum sisteminə keçmişik, axı biz fərdi plan, şagirdlərə differensial yanaşmadan danışırıq. Dediklərimiz başqa, etdiklərimiz başqadır.

Bir insan fərdi şəkildə inkişaf etmək üçün, əvvəlcə, özünü, öz gücünü olduğu kimi qəbul etməli, ona əsasən müəyyən məqsədlər qoyub irəliyə doğru getməlidir. Bu təhsilə də aiddir. Diaqnostik qiymətləndirmə anlayışı bu gün təhsilimizdə olsa da, görünür ki, təhsildə keyfiyyəti təmin etmək üçün istifadə etmək ya kiminsə ağlına gəlmir ya da istifadə edilmək istənmir.

Bizi bizdən başqa kimsə məhv edə bilməz. Bizi bizdən başqa kimsə qaldıra bilməz.
Mütləq lazım olan addımlar atılmalı, bu problemlər birmənalı olaraq aradan qaldırılmalıdır. Yoxsa bu gün rast gəldiyimiz kiçik-kiçim problemlər sabah üstümüzə toplu halda gələndə artıq çox gec olacaq!

Oxşar xəbərlər


Bütün xəbərlər

Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib
Sevinc Orucova KİMƏ ARXAYINDIR?
İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI