Xəbər lentiwidget-title-icon

Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib
Sevinc Orucova KİMƏ ARXAYINDIR?
İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Sertifikasiya imtahanında haqsızlıq!

Sertifikasiya imtahanında haqsızlıq!

"Əgər müəllimləri qiymətləndirmək üçün 5 meyar və 40 bal qoyubsunuzsa, müəllimlərin taleyini 51% bala bağlamısınızsa, deməli, həqiqətən, bu 5 meyara dair sual verib yoxlamalısınız!"

Müəllimlərin sertifikatlaşdırılması mərhələsində yaşanılan haqsızlıqlardan biri də müsahibə mərhələsinin şəffaf və humanist keçirilməməsidir. Əvvəlcədən Nazirliyin verdiyi heç bir məlumat özünü doğrultmadı. Hər bir qiymətləndirmə mütləq meyarlar əsasında aparılmalıdır.

“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında qanunun olmasına baxmayaraq qaydalara riayət edilmədi. Müəllimlər hansı ki, həm öz inkişafı, həm də vəzifə maaşlarına artım üçün müəyyən müsahibə hazırlığından keçsələr də, çox savadlı müəllimlər müsahibədən çox aşağı bal alarkən, digərləri yüksək bal aldı.
Əgər müəllimləri qiymətləndirmək üçün 5 meyar və 40 bal qoyubsunuzsa, müəllimlərin taleyini 51% bala bağlamısınızsa, deməli, həqiqətən bu 5 meyara dair sual verib yoxlamalısınız. 2 sual verib ürəyinizə yatmadı deyə, siz çox yorğunsunuz deyə, siz acmısınız deyə insanların, xüsusilə də ən şərəfli peşə sahibi olan müəllimlərin haqqına girə bilməzsiniz. Həqiqətən 5 meyara aid bir neçə sual verin və ədalətli şəkildə qiymətləndirin. Müəllimlərin taleyi, müəllimliklə bağlı anlayışı olmayan, ürəyindən keçənlərə görə cavab yazan insanlara qalmamalıdır. Sözsüz ki, onların çoxu xalqımız üçün can qoyublar. İndi kiminsə qarşısında alçalması düzgün deyil. Biz özümüz bunu edib sonra şagirdlərdən böyüyə, müəllimə, insanlara hörmət etməyini gözləyə bilmərik.

Bundan əlavə, sertifikasiya nəticələri 5 iş günü ərzində bildirilməlidir. Onsuz da şifahi olan bir şeyi niyə bu qədər gec elan edirlər. Səbəb nədir? Zatən imtahanı götürən balı yazırsa, başqa bir problem yoxdursa, gözləmək niyə, qanuna riayət etməmək niyə? Bu qanunsuzluq sayılmır ki?!

Sizlər üçün qanunun müsahibəyə aid hissəsini təkrar paylaşırıq :

3.16. Müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir:

3.16.1. proqram üzrə mövzunu təqdimetmə bacarığı;

3.16.2. təhsilalanları qiymətləndirmə bacarığı;

3.16.3. özünü təqdimetmə bacarığı;

3.16.4. pedaqoji prosesi təşkiletmə bacarığı;

3.16.5. ünsiyyət bacarığı.

3.17. Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında ölçülür.

3.18. Müsahibə mərhələsində toplanıla biləcək maksimum 40 (qırx) bal meyarlar üzrə aşağıdakı qaydada hesablanır:

3.18.1. proqram üzrə mövzunu təqdimetmə bacarığı üzrə toplanılan balların 3 (üç) misli;

3.18.2. təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə və pedaqoji prosesi təşkiletmə bacarıqlarının hər biri üzrə toplanılan balların 2 (iki) misli;

3.18.3. ünsiyyət bacarığı üzrə toplanılan balların 1 (bir) misli.

3.19. Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir.

3.20. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.

Oxşar xəbərlər

Bütün xəbərlər