Xəbər lentiwidget-title-icon

Sevinc Orucova KİMƏ ARXAYINDIR?
İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru

Dövlət qulluqçularının etik davranış qaydaları haqqında 2022-ci il üzrə hesabat hazırlanıb

"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə və adı çəkilən Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2007-ci il tarixli 614 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi etik davranış qaydalarına əməl olunmasına nəzarəti nizamnaməsinə uyğun olaraq həyata keçirir.

Bu barədə "tehsilmedia.info"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən Mərkəz "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir, dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparır, tövsiyələr və məruzələr tərtib edir, onlar tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir, bu barədə məlumatları ümumiləşdirir və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.

Qanunvericiliyə uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi və bu barədə məlumatların ümumiləşdirilərək təhlil edilməsi məqsədilə Mərkəz tərəfindən müvafiq iş aparılır.

Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat,insan resursları və dövlət qulluğu departamenti tərəfindən "Etik davranış məsələləri üzrə məlumatın təqdim edilmə Forması” hazırlanmış və həmin Formaya uyğun olaraq müvafiq məlumatların Mərkəzə təqdim edilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə Ali Attestasiya Komissiyasına, Audiovizual Şura, Məhkəmə-Hüquq Şurasına, Hesablama Palatasına, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana), Baş Prokurorluğa və Əqli Mülkiyyət Agentliyinə məktublar göndərilmişdir. Qeyd edilən qurumlar tərəfindən etik məsələlər üzrə təqdim edilmiş məlumatlar təhlil edilmiş, ümumiləşdirilmiş və müvafiq hesabat hazırlanmışdır.

Ümumilikdə hesabat dövründə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının tələblərini pozan 161 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilmişdir. Həmin intizam tənbeh tədbirlərindən 58-i mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 103-ü isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilmişdir.

Hesabatla buradan tanış ola bilərsiniz.

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər