Xəbər lentiwidget-title-icon

Peşə təhsili və biznes bir arada – Yeni əməkdaşlıqlara start verildi – REPORTAJ
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
Kürdəmirdə şok iddia: Məktəb direktoru şagirdi döydü, məsələyə polis qarışdı
Sumqayıt şəhər 41 saylı məktəbdə vətənpərvərlik ruhunda ədəbi tədbir keçirilib
Fizika, tarix və coğrafiya fənləri üzrə RFO-nun nəticələri açıqlandı
Kollec tələbələri uşaq sığınacağında olublar
Vakant vəzifələr üçün daxili müsahibə elan olundu
DİM hazırlıq kurslarına qeydiyyata start verdi
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək
NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının NƏZƏRİNƏ!
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
Taksi sürücüləri üçün imtahana qeydiyyat başladı
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub
Maliyyə-İqtisad Kolleci beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
Rektor: İnklüziv təhsil praktik mexanizmlərin inteqrasiyasını zəruri edir
Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı
Tələbələr istehsal prosesi ilə tanış olublar
Ali məktəblərdə təcrübə rekordları - 30, 40, hətta 60 ilə yaxın STAJ
İmtahanlarda ən çox səhv edilən məqamlar - diqqətli olun!

Deputat: Qarabağ Universitetinin filialları yaradıla bilər

Deputat: Qarabağ Universitetinin filialları yaradıla bilər

Elm və Təhsil Nazirliyindən Qarabağ Universitetinin bərpasından sonra, burada ilkin mərhələdə 24 ixtisasın tədris olunacağı ilə bağlı məlumat verilib.

Nazir Emin Əmrullayev söyləyib ki, növbəti mərhələdə ixtisas seçimlərini sayı artırılacaq.

Maraqlıdır, Qarabağ universitetində yeni ixtisasların formalaşması mümkündür?

tehsilmedia.info xəbər verir ki, bu barədə AzEdu.az-a açıqlama verən Milli Məclisin deputatı Kamilə Əliyeva qeyd edib ki, Qarabağ və Şərqi-Zəngəzurda Böyük Qayıdış konsepsiyasına uyğun olaraq şəhər və kəndlər yenidən qurulur eyni zamanda bu sahədə böyük infrastruktur layihələr həyata keçirilir:

“Köçkün düşən insanlar artıq öz yurd-yuvalarına qayıdırlar. Həmin insanların məşğulluq və təhsil sahəsi ilə bağlı geniş miqyaslı işlər görülür. Yeni müəssisələr, xəstəxanalar və məktəblər inşa edilir. Bütün aparılan işlər baş plana uyğun olaraq həyata keçirilir. Cənab Prezident İlham Əliyev görülən bütün işlərə şəxsən özü nəzarət edir. İşğaldan azad edilimiş ərazilərdə ən müasir tələblərə uyğun orta ümumtəhsil məktəblər tikilib. Köçürülən sakinlərimizin arasında uşaqlar və yeniyetmələrin sayı çoxluq təşkil edir. Həmin gənclərin orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Qarabağda universitetin açılması zəruri idi. Prezident Cənab İlham Əliyevin Xankəndi şəhərində Qarabağ Universtetinin açılması ilə bağlı sərəncam imzalaması müdrik bir addım oldu. Qarabağdan olan məzunlar evlərindən uzaq olmadan ali təhsil alıb və gələcəkdə də burada işlə təmin olunacaqlar. Digər rayonlardan da Qarabağ Universitetində təhsil almaq üçün hər cür şərait yaradılacaq”.

Deputat vurğulayıb ki, Qarabağ Universitetində Biologiya fakültəsinin açılması zəruridir:

“Universitetdə daimi çalışan müəllimlərlə yanaşı, Bakı universitetlərdən də professor və müəllim heyətidə mütəmadi olaraq mühazirələr oxuyacaqlar. İlkin olaraq Qarabağ universitetində 20-dən çox ixtisas tədris olunacaq. Zaman keçdikcə tələb olunacaq ixtisasların sayında artım olacaq. Xankəndi və ətraf rayonlarda digər universitetlərin filialları açıla bilər. Qarabağ və Şərqi-Zəngəzur zəngin flora və faunaya malikdir. Xüsusilə də Kəlbəcər şəhəri təbii dərman bitkiləri ilə qədimdən böyük şöhrət qazanıb. Flora və faunanı yenidən dirçəltmək üçün Qarabağ Universitetində Biologiya fakültəsinin açılması zəruridir. Qarabağ Universiteti dünya təhsil sistemində layiqli yer tutması üçün hər bir insan çalışmalıdır”, – deyə fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər

Bütün xəbərlər