Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar
Rusiyanın Moskva şəhərində keçirilən 60-cı Beynəlxalq Mendeleyev Olimpiadasında şagirdlərimiz 3 bürünc medal qazanıblar.
Aztəhsil.az xəbər verir ki, 35 ölkədən 200 məktəblinin iştirak etdiyi bu nüfuzlu müsabiqədə Bakı şəhər Kimya-biologiya təmayüllü respublika liseyinin 11-ci sinif şagirdi Zaur Hacızadə, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 11-ci sinif şagirdi Elman Kərimli və Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Yaqub Baratlı fərqləniblər.



























