Xəbər lentiwidget-title-icon

SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər
Azərbaycanda mühəndislik və texnologiya üzrə YENİ universitet yaradılacaq
Səfir: TDT çərçivəsində əməkdaşlıq daha da gücləndirilməlidir
Türkoloji Qurultayın yubileyi münasibətilə 100 tələbə TƏQAÜDƏ layiq görüləcək - Firudin Qurbanov
"Yaxşı müəllim də səhv edə bilər"- Məleykə Abbaszadə
175 nömrəli məktəbin X sinif şagirdi pəncərədən yıxılıb
Folklor İnstitutunda “Ğaib dünya” və “Dağ-insan arxetipi” mövzularında məruzələr dinlənilib
“Bilim Quba” mərkəzi - 1 il
AZCON Mühəndislik və Texnologiya Məktəbi Münxen Texniki Universitetinin akademik bazası üzərində formalaşdırılır
İxtisasların tədris proqramları YENİLƏNİB
Rektor: “Tələbələr auditoriyalarda müəllim qismində çıxış edirlər”
Həsən Həsənli: Ən müasir təhsil məzmunu tətbiq olunacaq
Rəşad Nəbiyev: Universitetdən iş mühitinə qədər bütün mərhələləri əhatə edən proqram hazırlanıb
Ucar rayon təhsil sektoruna YENİ müdir təyin olunub
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Saatlı məktəblisi Avropa çempionu olub
Tibb bacılığı ixtisası kolleclərdən universitetlərə keçir? - Yeni təklif
RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Məktəblilər Qərbi Azərbaycan irsini araşdıracaq
Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb

Qərbi Azərbaycana qayıdış mövzusu Sumqayıtda müzakirə edildi

Qərbi Azərbaycana qayıdış mövzusu Sumqayıtda müzakirə edildi


Aprelin 9-da Sumqayıt Dövlət Universitetində “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış” mövzusunda konfrans keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, elm xadimləri və bir sıra ictimaiyyət nümayəndələri iştirak edib.

Bu konfransın SDU-da keçirilməsini önəmli hadisə sayan Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsini icra edən Əminağa Sadıqov qeyd edib ki, tədbir Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət çərçivəsində “Qərbi Azərbaycana qayıdış” konsepsiyasına öz əhəmiyyətli töhfəsini verəcək. Universitetlərin əsas vəzifəsinin yüksəkixtisaslı kadrlar hazırlamaq olduğunu söyləyən rektor bildirib ki, ali məktəblər bununla yanaşı ölkənin ictimai-siyasi həyatında da fəal iştirak etməli, tələbələri yetkin şəxsiyyət, vətənpərvər olmalıdır. “Qərbi Azərbaycan torpaqları təkcə coğrafi məkan kimi əhəmiyyət daşımır. Bu torpaqlar müasir Azərbaycan üçün böyük alimlər, ictimai-siyasi xadimlər yetişdirib, bütöv Azərbaycan üçün böyük xidmətlər göstərib. Bu baxımdan konfransın əhəmiyyəti böyükdür. Sumqayıtda gənclər ordusunun gücü ilə böyük işlər görmək mümkündür və görülür. Bütün digər təhsil müəssisələri kimi, SDU da dövlətin dəstəyini hiss edir”, - rektor çıxışında diqqətə çatdırıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı Qərbi Azərbaycana qayıdacağımıza əmin olduğunu, düşmənlərimizin hələ də torpaqlarımıza göz dikdiyini, Vətənimizi qorumaq üçün güclü və bilikli olmağın önəm daşıdığını vurğulayıb. Onun sözlərinə görə, 20-ci əsrdə azərbaycanlılar Qərbi Azərbaycandan 4 dəfə deportasiya olunublar. Ən sonuncu deportasiya 20-ci əsrin sonunda olub ki, həmin zaman da 300 mindən çox azərbaycanlı öz torpağından qovulub, 216 nəfər qətlə yetirilib: “SSRİ dağıldıqda isə ermənilər yaranmış vəziyyətdən istifadə edərək torpaqlarımızı zəbt ediblər. Ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün ordusu yarandı. Onların vaxtından tez ağaran saçları, üzlərindəki kədər hələ də qalıb. Çadır şəhərciklərində 100 mindən çox azərbaycanlı məskunlaşmışdı. Amma bunların hamısına dözmüşük! Ulu Öndər Heydər Əliyev hər dəfə çadır şəhərçiyində köçkünlərlə görüşəndə onda necə hisslər yaranırdı! Amma nikbin idi. Ölkə rəhbərinin uzaqgörən siyasəti, güclü ordumuz sayəsində torpaqlarımızı azad etdik. Bu gün köçkünlər torpaqlarına qayıdırlar. Amma bizim əsas arzumuz Qərbi Azərbaycana qayıtmaqdır”.F.Qurbanov nəzərə çatdırıb ki, tədris prosesində təhsilalanlara Qərbi Azərbaycan haqqında məlumatlar çatdırılır. Bununla yanaşı, Qərbi Azərbaycan mövzusunda tədbirlər, olimpiada keçirilir: “Biz tariximizi, mədəniyyətimizi bilməliyik. Vətənpərvər olmaq üçün həm də bunları bilmək lazımdır”.
Milli Məclisin deputatı Mehriban Vəliyeva ölkə üçün əhəmiyyətli sayılan ideoloji işlərdə gənclərin öndə olmasını, onların bu dəyər işlərinə yeni dəyər qatmalı olduqlarını önə çəkərək konfransın əsas məramının gənclərlə birgə tariximizə varmaq olduğunu qeyd edib. Deputat bildirib ki, son 10 ildə Sumqayıt sürətlə inkişaf edir, burada açılan yeni müəssisələr onun inkişafına təkan verir: “Azərbaycanın yeni tarixində Sumqayıt yeni bir fəsildir. Sumqayıt müstəqillik uğrunda mübarizənin ön sırasında oldu. Bu gün qürurla qeyd edə bilərik ki, Sumqayıt həm də həmrəylik şəhəridir”.

M.Vəliyeva üzünü gənclərə tutaraq Qərbi Azərbaycanın tarixi torpaqlarımız olduğunu bir daha nəzərə çatdırıb. O əlavə edib ki, XX əsr Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların ən çox fəlakət yaşadığı dövrdür: “Deportasiya və soyqırım Ermənistanın dövlət siyasətinə çevrilib. XX əsrdə bütün bunlar SSRİ adlanan dövlətin gözü qarşısında baş verib. Nə üçün biz bunları yaşadıq? Əslində, inandıq və unutduq. Əziz gənclər, siz unutmayacaqsınız və unutdurmayacaqsınız. Ötən dövrdə müxtəlif tədbirlər həyata keçirilib, amma siz ideoloji işlərdə hər zaman öndə olmalısınız. Qərbi azərbaycanlılar beynəlxalq ədalətə uyğun, beynəlxalq normaların tələb etdiyi qaydalarla öz torpaqlarına qayıdacaqlar”.

Milli Məclisin Səhiyyə komitəsinin və Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov çıxışında açıqlayıb ki, rəsmi olaraq 4 deportasiyanın olduğu deyilsə də, əslində, bütün dövrlərdə ermənilər azərbaycanlıların deportasiyası barədə düşünüblər. Konfransda gənclərin çoxluq təşkil etməsini son dərəcə əhəmiyyətli sayan akademik qeyd edib ki, gənclər canları-qanları hesabına torpaqlarımızı azad ediblər. Hazırda bu torpaqlarda quruculuq işləri gedir, məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar: “Unutmamalıyıq ki, deportasiya edilmiş xeyli insan var. Onlar dədə-baba torpaqlarına qayıtmaq istəyirlər. Onların bu torpaqlara qayıtmasının təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu konsepsiya artıq Azərbaycanın hüdudlarından çıxıb və dünya ictimaiyyətində qəbul edilib”. Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov çıxışı zamanı 1987-1988-ci ildə çox acınacaqlı vəziyyətdə Sumqayıta gələn qərbi azərbaycanlıların şəhərdə məskunlaşmasında rolu olduğunu, ilk olaraq deportasiya olunmuş insanların uşaq bağçalarında, hotellərdə yerləşdirildiklərini, sonradan isə mənzillərlə təmin edildiyini xatırlayıb. İcra başçısı hazırda SDU-da 7-8 min nəfər tələbənin təhsil alması məsələsinə toxunaraq Sumqayıt Dövlət Universiteti üçün əlavə korpus tikilməli olduğunu diqqətə çatdırıb, Sumqayıt gənclərinin çox savadlı və intellektli olmasını qeyd edərək onlarla fəxr etdiyini söyləyib.
Şəhid polkovnik Vüqar Yusifovun qızı Ayan Yusifzadə, SDU-nun III kurs tələbəsi Həsrət Süleymanov, gənc müəllimi Gülçin Qasımova, pakistanlı tələbəsi Muhammad Adnan Gorgaje konfransda çıxış edərək Qərbi Azərbaycana qayıdış ideyasının həyata keçirilməsində gənclərin öhdəsinə daha çox işlərin düşdüyünü önə çəkiblər.

Konfransın plenar hissəsində spikerlər – Milli Məclisin deputatları Əziz Ələkbərli, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Şahin İsmayılov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Nağıqızı gənclərin suallarını cavablandıraraq mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər


Bütün xəbərlər

SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər
Azərbaycanda mühəndislik və texnologiya üzrə YENİ universitet yaradılacaq
Səfir: TDT çərçivəsində əməkdaşlıq daha da gücləndirilməlidir
Türkoloji Qurultayın yubileyi münasibətilə 100 tələbə TƏQAÜDƏ layiq görüləcək - Firudin Qurbanov
"Yaxşı müəllim də səhv edə bilər"- Məleykə Abbaszadə
175 nömrəli məktəbin X sinif şagirdi pəncərədən yıxılıb
Folklor İnstitutunda “Ğaib dünya” və “Dağ-insan arxetipi” mövzularında məruzələr dinlənilib
“Bilim Quba” mərkəzi - 1 il
AZCON Mühəndislik və Texnologiya Məktəbi Münxen Texniki Universitetinin akademik bazası üzərində formalaşdırılır
İxtisasların tədris proqramları YENİLƏNİB
Rektor: “Tələbələr auditoriyalarda müəllim qismində çıxış edirlər”
Həsən Həsənli: Ən müasir təhsil məzmunu tətbiq olunacaq
Rəşad Nəbiyev: Universitetdən iş mühitinə qədər bütün mərhələləri əhatə edən proqram hazırlanıb
Ucar rayon təhsil sektoruna YENİ müdir təyin olunub
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Bir cüt corab - 200 manat! Təhsildə sərhəd!
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar: biri öldü, digəri ağır cəza aldı - TƏFƏRRÜAT
Aqrar Universitetin tenderi niyə ləğv olunub? - DETALLAR
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?