Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Bakı Ali Neft Məktəbinin yaradılmasından 12 il ötür

Bakı Ali Neft Məktəbinin yaradılmasından 12 il ötür

Bu gün SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 12 illiyidir. BANM Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə SOCAR-ın tərkibində dövlət ali təhsil müəssisəsi statusunda yaradılıb.

tehsilmedia.info xəbər verir ki, Bakı Ali Neft Məktəbi tam ingilisdilli ali təhsil müəssisəsidir. Ali Məktəbin kampusu Qafqaz regionunun zəngin maddi-texniki bazaya malik ən böyük kampuslarından biridir. Burada müasir standartlara cavab verən laboratoriyalar, tələbə şəhərciyi, yeməkxana kompleksi, iki idman zalı və hovuz fəaliyyət göstərir. Kampusun açılışı 2017-ci il may ayının 1-də Prezident İlham Əliyev tərəfindən həyata keçirilib.

Bakı Ali Neft Məktəbi 12 il ərzində böyük nüfuz qazanıb, rekord göstəricilərə imza atıb, Prezident təqaüdçülərinin sayına, ən yüksək keçid balına, yüksəkixtisaslı kadr hazırlığına görə ön sırada olub. BANM ilk qəbul aparılan ildə Dövlət İmtahan Mərkəzinin (DİM) tərtib etdiyi reytinq cədvəlində 51 ali təhsil müəssisəsi arasında lider kimi tarixə düşüb və uğurunu qoruyub. İlk ildə iki ixtisas üzrə qəbul həyata keçirilən Ali Məktəbdə hazırda 6 ixtisas üzrə bakalavr, 4 mühəndislik ixtisası və MBA proqramı (4 istiqamət) üzrə magistratura, 3 ixtisas üzrə doktorantura səviyyələrinə və təkrar ali təhsilə qəbul aparılır.

Bu illər ərzində qəbul yerlərinin və ixtisasların sayı artsa da, təqdim etdiyi bütün ixtisaslar və təhsilin hər pilləsi üzrə ən yüksək qəbul göstəricilərə nail olub, qəbul yerləri tam dolub. 2023/2024-cü tədris ili üzrə ən yüksək keçid balı qeydə alınan ilk 4 ixtisasın 3-ü BANM-in ixtisasları olub. Bu tədris ilində 29 Prezident təqaüdçüsü ilə BANM yenə də liderliyini qoruyub. Bakı Ali Neft Məktəbində tədris istehsalla inteqrasiya şəklində aparılır. Hər il tələbələr müxtəlif müəssisələrdə istehsalat təcrübəsi keçirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olan Bakı Ali Neft Məktəbi tələbələrinə yüksək keyfiyyətli təhsil verməklə yanaşı, onların işlə təminatına da xüsusi əhəmiyyət verir. Bu gün BANM məzunları müxtəlif böyük yerli və xarici şirkətlərdə, dövlət müəssisələrində uğurla fəaliyyət göstərir, bəziləri təqaüd qazanaraq təhsillərini dünyanın nüfuzlu universitetlərində davam etdirirlər.

Oxşar xəbərlər

Bütün xəbərlər