Xəbər lentiwidget-title-icon

Sevinc Orucova KİMƏ ARXAYINDIR?
İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Tələbələri təhdid edən şəxslə bağlı iddia: Yenidən universitetə bərpa olunacaq?
Məktəblər açıldı, təmir isə hələ bitmədi — uşaqlar məktəbə hansı yoldan gedir?
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA
Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru

Məleykə Abbaszadə ilə Arnold Brauer arasında görüş keçirilib

Məleykə Abbaszadə ilə Arnold Brauer arasında görüş keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.1.9-cu fəaliyyət istiqamətinin (dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması) 3-cü bəndində nəzərdə tutulmuş tədbirin (dövlət qulluğunda sertifikasiya sisteminin təkmilləşdirilməsi) icrası üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilmişdir. Nəzərdə tutulmuş tədbirin icrası çərçivəsində Dövlət İmtahan Mərkəzi tərəfindən hazırda tətbiq olunan sertifikasiya sisteminin monitorinqinin aparılması və mümkün təkmilləşdirmə yollarının müzakirə olunması, o cümlədən ümumi səriştələr üzrə situasiya mühakimə testlərinin (SMT) yazılması (müsahibələrin keçirilməsi, ekspertizası, ilkin approbasiyası) üzrə aparılan işlərin yoxlanılması, rəy və tövsiyələrin verilməsi məqsədilə Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzinin (RCEC - Research Centre for Examination and Certification) direktoru cənab Arnold Brauer 20-23 noyabr 2023-cü il tarixlərində Dövlət İmtahan Mərkəzində işgüzar səfərdə olub.

tehsilmedia.info xəbər verir ki, DİM-dən AzEdu.az-a bildirilib ki, səfər çərçivəsində Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzinin direktoru Arnold Brauerlə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə arasında görüş keçirilib və əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb. Görüşdə həmçinin Direktorlar Şurası sədrinin müşaviri və müvafiq struktur bölmələrin rəhbərləri iştirak ediblər.

Səfər zamanı beynəlxalq ekspert DİM-də yaradılmış milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey ilə tanış olub. Sonra isə ekpsertə DİM-in müxtəlif struktur bölmələrinin fəaliyyəti barədə məlumat verilib və qiymətləndirmə üzrə görülən işlərin keyfiyyətinin, bütövlüyünün və təhlükəsizliyinin təmin olunması üçün mərkəzdə yaradılmış şərait nümayiş olunub.

Səfər çərçivəsində səriştələr üzrə situasiya mühakimə testlərinin (SMT) yazılması üzrə görülən işlərlə bağlı müvafiq struktur bölmələrin əməkdaşlarının iştirakı ilə görüşlər keçirilib. Görüşlər zamanı hazırda tətbiq olunan sertifikasiya sisteminin və yeni səriştə modelinin təhlil və təkmilləşdirilməsi üzrə fikir mübadiləsi aparılıb, SMT-lərin yazılması üzrə treninqlərin keçirilməsi və bu istiqamətdə araşdırmaların aparılması istiqamətində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Bundan əlavə, DİM tərəfindən təşkil olunan imtahanların keyfiyyətinin 2021-ci ildə “RCEC” tərəfindən auditinin aparılması və DİM-ə müvafiq keyfiyyət nişanını əks etdirən sertifikatın təqdim olunmasını nəzərə alaraq, səfər zamanı müvafiq struktur bölmələrin rəhbərləri və əməkdaşları ilə Arnold Brauerin görüşü təşkil olunub. Görüş zamanı “RCEC” tərəfindən audit hesabatında təqdim olunan tövsiyələr və gələcək əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər