Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

Moskva Dövlət Universitetinin alimləri Coğrafiya İnstitutunda olublar

Moskva Dövlət Universitetinin alimləri Coğrafiya İnstitutunda olublar

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin bir qrup əməkdaşı Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda olub.

tehsilmedia.info xəbər verir ki, bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

İnstitutun baş direktoru, professor Zakir Eminov qonaqları salamladıqdan sonra Coğrafiya İnstitutunun fəaliyyəti və aparıcı alimləri haqqında tanışlıq verib.

Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin Təbiətdən rasional istifadə kafedrasının müdiri, coğrafiyaşünas alim, professor Mixail Viktoroviç Slipençuk həmmüəllif olduğu “XX əsrin Kolumbu” və “Andrey Kapitsa” kitabları haqqında təqdimatla çıxış edib. 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilən bu kitablar uzun illər MDU coğrafiya fakültəsinin kafedra müdiri işləmiş, Uzaq Şərq Elmi Mərkəzinin sədri, məşhur fizik, akademik Pyotr Kapitsanın oğlu, SSRİ EA-nın müxbir üzvü Andrey Petroviç Kapitsanın həyatı, elmi, ictimai və təşkilati fəaliyyətinə həsr edilib. Müəllif çıxışında A.Kapitsanın Antraktidanın tədqiqindəki böyük rolundan danışıb və hətta onu kitabın adındakı kimi, XX əsrin Kolumbu adlandırıb.

Tədbirdə iştirak edən coğrafiya üzrə elmlər doktoru, professor Çingiz İsmayılov Antraktidanın ilk xəritəsinin hələ 12-ci əsrdə ərəb coğrafiyaçı səyyahı Əli Mənsuri Əl-İdrisi tərəfindən tərtib edildiyini diqqətə çatdırıb.

Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov, coğrafiya elmləri doktoru Starə Tarixazər, elmi işçi Zülfəli Rəsulov və digərləri mövzu ilə bağlı fikirlərini bildiriblər, Antraktida ilə bağlı institutda görülən işlər barədə qonaqlara məlumat veriblər.

Sonda baş direktor Zakir Eminov M.Slipençuka maraqlı məruzəsinə və instituta bağışladığı kitablara görə təşəkkürünü bildirib.

Oxşar xəbərlər

Bütün xəbərlər