Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Şərqşünas alimlər I beynəlxalq sosial və humanitar elmlər konfransında məruzə ediblər

Şərqşünas alimlər I beynəlxalq sosial və humanitar elmlər konfransında məruzə ediblər

Türkiyədə I beynəlxalq sosial və humanitar elmlər konfransı keçirilib. Konyanın Beyşehir Selcuklu Universiteti tərəfindən təşkil olunan konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları aparıcı elmi işçilər, filologiya üzrə fəlsəfə doktorları Aygün Əlizadə, Vüqar Məmmədov və elmi işçi İbrahim Bağırov onlayn iştirak ediblər.

Bu barədə "tehsilmedia.info" a institutdan məlumat verilib.

Bildirilib ki, Aygün Əlizadənin “Zərdüştilikdə irfan” mövzusunda məruzəsində monoteist din olması “Qatlar” əsasında sübut olunan zərdüştilik dininin Allah, insan, dünya və axirət haqqındakı baxışları nəzərdən keçirilib. Onu da qeyd etmək lazımdır ki, bu dində olan mərifət məsələsi İslamdan sonra yaranmış mərifət mövzusu ilə eynilik təşkil edir.

Vüqar Məmmədov “Fars dilçiliyinin təşəkkül və ilkin inkişaf dövrü Azərbaycan şərqşünaslarının tədqiqatlarında” mövzusunda məruzəsində orta əsrlər Azərbaycan alimlərinin bu sahədə leksikoqrafik və qrammatik əsərlərinin araşdırılmasında böyük xidmətləri olan şərqşünas alimlər Cəmilə Sadıqova və Təyyibə Ələsgərovanın elmə verdiyi töhfələrdən bəhs edib. Məruzəçi bu alimlərin “Fars dilini tədqiq edən Azərbaycan alimləri (XI – XX əsrin birinci rübü)”, “Hinduşah Naxçıvani. “əs-Sihah əl-Əcəmiyyə” və “Hüsaməddin Xoyi. “Töhfeyi Hüsam” kitabları, eləcə də Qətran Təbrizi, Hübeyş Tiflisi, Məhəmməd bin Hinduşah Naxçıvani kimi orta əsrlər alimləri haqqında məqalə və məruzələrindən söz açıb.

İbrahim Bağırov “Molla Sədra və ruh-bədən problemi” mövzusunda məruzəsində isə Səfəvi dövrü İslam filosofu Molla Sədra olaraq tanınan Sədrəddin Şirazinin ruh-bədən anlayışı, ruhun mahiyyəti, təbiəti və bədənlə olan münasibətinə dair fikirlərindən bəhs edib. Şirazinin “cismani yaranış – ruhani qalış” şəklində təqdim etdiyi təkamülçü insan konsepsiyası zehin fəlsəfəsinin ruh-bədən problemi kontekstində ələ alınaraq təhlil edilib. Nəticədə ümumi olaraq Şirazi psixologiyasının müasir fəlsəfədəki ruh-bədən problemi baxımından tutarlı bir sistem olaraq müəyyən cavabsız suallara yer qoysa da, filosofun öz fəlsəfəsinin prinsipləri baxımından tutarlı bir sistem olaraq qəbul edilə biləcəyi vurğulanıb.

İştirakçılara sertifikatlar təqdim edilib. Konfransın materialları dərc edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər