Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Zəfər Günü AMEA-nın elmi müəssisə və təşkilatlarında təntənəli şəkildə qeyd olunacaq 27.10.2023 11:09 36 baxış

Zəfər Günü AMEA-nın elmi müəssisə və təşkilatlarında təntənəli şəkildə qeyd olunacaq 27.10.2023 11:09 36 baxış

"2020-ci il sentyabrın 27-də ədalətin bərpası, torpaqlarımızın işğaldan azad olunması üçün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında birləşib səfərbər və həmrəy oldu".

TehsilMedia.az xəbər verir ki, bu sözləri Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusunun ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdiyini deyən akademik İsa Həbibbəyli 2020-ci ilin noyabr ayının 8-də Azərbaycan əsgər və zabitlərinin dünya hərb tarixində nadir təsadüf edilən rəşadət və qəhrəmanlığı sayəsində Qarabağın tacı, Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa şəhərinin erməni işğalından azad olunduğunu, düşmənin təslimçi bəyanata imza atmağa məcbur edildiyini söyləyib:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin sosial-iqtisadi və mədəni-mənəvi baxımdan inkişafı istiqamətində son iyirmi ildə həyata keçirdiyi dövlət siyasəti, düzgün müəyyənləşdirilmiş xarici siyasət və diplomatik münasibətlər, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi bu müharibədə qələbəni təmin edən əsas amillər idi”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Şuşa şəhərinin işğaldan azad edildiyi noyabr ayının 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi haqqında 3 dekabr 2020-ci il tarixli Sərəncam imzalayıb.

Həmçinin AMEA prezidenti bildirib ki, 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri ilə Qarabağda Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa edildi, Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Azərbaycan bayrağını Xankəndi şəhərində ucaltdı.

“Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa etməklə sosial-iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu prioritetə uyğun olaraq həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır”, - deyə AMEA prezidenti söyləyib.

İclasda, Rəyasət Heyəti tərəfindən AMEA-da Zəfər Gününə həsr olunmuş təntənəli tədbirlərin təşkili, qazilər, müharibə iştirakçıları və şəhid ailələri ilə görüşlərin, xatirə günlərinin keçirilməsi, Qarabağ müharibəsinə, müharibə qəhrəmanlarına, şəhidlərə həsr olunmuş ənənəvi və virtual kitab sərgilərinin hazırlanması barədə qərar qəbul edilib.

Həmçinin oxuyun: AMEA Rəyasət Heyətinin iclası keçirilib

Oxşar xəbərlər

Bütün xəbərlər