BDU-nun professoru Vəkillər Kollegiyası Akademiyasının rəhbəri təyin edilib

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının professoru Əmir Əliyev Vəkillər Kollegiyası Akademiyasının rəhbəri təyin edilib.
Bu barədə "tehsilmedia.info"a BDU-dan məlumat verilib.
Qeyd olunub ki, professor Əmir Əliyev 2011–2022-ci illərdə Hüquq fakültəsinin dekanı olub.
























