Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

“Gül dəftəri”nin UNESCO-nun reyestrinə daxil edilməsi münasibətilə tədbir keçirilib

“Gül dəftəri”nin UNESCO-nun reyestrinə daxil edilməsi münasibətilə tədbir keçirilib

Mayın 22-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”nun UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilməsi münasibəti ilə tədbir keçirilib.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər toplusunun UNESCO səviyyəsində qəbulunun əlamətdar hadisə olduğunu qeyd edib. Ölkəmiz üçün önəmli olan bu hadisəni bədxah qonşularımızın haqsız ərazi iddialarına tutarlı bir cavab olduğunu vurğulayıb. Bildirib ki, Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər toplusunun UNESCO səviyyəsində Azərbaycan əlyazması kimi qiymətləndirilməsi Qarabağın Azərbaycan torpağı olmasının növbəti təkzibolunmaz sübutudur. Alim əlyazma nüsxəsinin Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilməsinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında cəbhədə əldə olunan möhtəşəm qələbənin beynəlxalq aləmdə inikası və Birinci vitse-prezident Mehriban Əliyevanın elm və mədəniyyət sahəsində gördüyü işlərin mühüm nəticələrindən biri olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Emil Əhmədov ölkəmizin zəngin irsinin beynəlxalq səviyyədə tanıdılması və digər ölkələr tərəfindən özününküləşdirmə cəhdlərinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrində sənədli irsimizə dair nominasiyaların təqdimatının böyük əhəmiyyət kəsb etdiyini, bu istiqamətdə aparılan fəaliyyətin mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədilə AMEA-nın nəzdində UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Milli Komitə yaradıldığını vurğulayıb. Bildirib ki, bu günə qədər 2 sənədli irsimiz – “Tibb və əczaçılığa dair orta əsr əlyazmaları” (2005-ci il) və “Məhəmməd Füzulinin “Divanı”nın əlyazma nüsxəsi” (2017-ci il) Dünya Yaddaşı Reyestrinə daxil edilib.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli çıxışında Ulu Öndərin 100 illiyində Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”nun UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə salınmasının əlamətdar bir hadisə olduğunu qeyd edib. Bildirib ki, Xurşidbanu Natəvan Qarabağda yaşayıb-yaratsa da, təkcə Qarabağı deyil, bütün Azərbaycanı təmsil edən ictimai xadim olub. Alimin sözlərinə görə, “Gül dəftəri” şeirlər toplusunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil olması və ümumilikdə sənət əsərlərimizin dünya səviyyəsində qəbul olunması bizim uğurumuz, zəngin mədəniyyətimizin sübutu, mənfur düşmənlərin yersiz iddialarına bir cavabdır.
İnstitutun Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin müdiri, “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” nominasiyasını beynəlxalq komissiya qarşısında təqdim edən, tarix üzrə fəlsəfə doktoru dosent Nigar Babaxanova çıxışında bu işə 2019-cu ilin sonlarından Əlyazmalar İnstitutunda yaradılmış işçi qrupun tərkibində başladığını qeyd edib. Bildirib ki, Əlyazmalar İnstitutunun baş direktorunun rəhbərliyi ilə xüsusi komissiya yaradılıb və müvafiq sənədləşmələrdən sonra UNESCO-ya nominasiya üçün müraciət edilib. 2019-cu ildən 2023-cü ilə qədər davam edən prosesdə onlarla onlayn təlimlərə qoşulduqlarını, bir sıra çətinliklərlə qarşılaşdıqlarını qeyd edən alim bu əlamətdar hadisənin həyata keçirilməsinə nail olduğunu söyləyib, toplunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınmasının həm də Azərbaycan qadınının qələbəsi olduğunu vurğulayıb.
İnstitutun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov çıxışında qeyd edib ki, bu hadisə təkcə Əlyazmalar İnstitutunun və Azərbaycan Milli Elmlər Akademiyasının deyil, həm də bütün Azərbaycanın uğuru və nailiyyətidir, çünki Xurşidbanu Natəvanın bu əsəri vahid Azərbaycan incəsənətini və bütöv bir epoxanı özündə əks etdirir.
Daha sonra tədbir iştirakçıları Əlyazmalar İnstitutunun Ekspozisiya zalında nümayiş olunan Xurşidbanu Natəvanın rəsm əsərlərindən və 2005-2023-cü illər ərzində UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilmiş əlyazma nüsxələrindən ibarət sərgi ilə tanış olublar.

Oxşar xəbərlər

Bütün xəbərlər