ADAU tələbələri Mingəçevir SES ilə yaxından tanış olublar

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup tələbəsi Mingəçevir şəhərində ekskursiyada olub.
Bu barədə "tehsilmedia.info"a ADAU-dan bildirilib.
Universitetin “Elektrik və elektronika mühəndisliyi” ixtisasının tələbələri Mingəçevir SES stansiyaları ilə yaxından tanış olublar. Burada tələbələrə SES-in fəaliyyəti, tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib.
























