Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

BDU-da elmi seminar: “Qərbi Azərbaycanın tarixi arxiv sənədlərində”

BDU-da elmi seminar: “Qərbi Azərbaycanın tarixi arxiv sənədlərində”

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Qərbi Azərbaycanın tarixi arxiv sənədlərində” mövzusunda elmi seminar keçirilib.

Bu barədə "tehsilmedia.info"a BDU-dan bildirilib.

Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov mövzu ilə bağlı məruzə edib. Nadir İsmayılov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra Qarabağa və Şərqi Zəngəzura böyük qayıdış başlayıb. O vurğulayıb ki, bütün bunlar tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışı da şərtləndirir. Ona görə də bu mövzuda daha geniş araşdırmalar aparılmalı, elmi-tədqiqat işləri yazılmalıdır.

Məruzəçi bildirib ki,  mövzunun öyrənilməsində müxtəlif qaynaqlardan, o cümlədən, yerli, türk, rus, gürcü qaynaqlarından istifadə olunub. Tədqiqatda tarixən Azərbaycan türklərinin yaşadığı Qərbi Azərbaycanın mahalları, həmçinin İrəvan xanlığı haqqında mövcud mənbələr diqqətə çatdırılıb, bölgənin tarixi, ərazisi, əhalisi, etnoqrafiyası, mədəniyyət abidələri ilə bağlı arxiv sənədləri, kitablar, qəzet və jurnal materialları, məcmuələr, həmçinin internet resursları təqdim olunub. Məruzədə məşhur Şərq və Avropa səyyahlarının, tarixçilərinin əsərlərindən sitatlar verilib, tarixi faktlar, Qərbi Azərbaycana aid xəritələr nümayiş etdirilib. Tədqiqatda soydaşlarımızın Qərbi Azərbaycandan dəfələrlə deportasiya edilməsi də arxiv sənədləri ilə şərh olunub.

Məruzəçi çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlərlə yekunlaşdırıb: “Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah”.

Elmi seminar iştirakçıların böyük marağına səbəb olub, məruzə ətrafında geniş müzakirələr aparılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər