Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

Məktəb-şagird-ailə üçbucağı beynəlxalq və yerli təcrübə prizmasından müzakirə olunub - FOTO

Paytaxtdakı 276 nömrəli tam orta məktəbdə "XXI əsr məktəb-şagird-ailə üçbucağı beynəlxalq və yerli təcrübə prizmasından” mövzusunda görüş keçirilib.

tehsilmedia.info xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Corc Vaşinqton Universitetinin professoru Elizabet Qrant, ADA Universitetinin Təhsil İnstitutunun dekanı  Ülviyyə Mikayılova, Avropa Azərbaycan Məktəbinin direktoru, Beynəlxalq Məktəblər Şurası (CIS) İdarə heyətinin üzvü, Qafqaz və Orta Asiya üzrə Beynəlxalq Bakalavriat məktəbləri Assosiasiyasının sədri Françesko Bankini, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti Asif Cahangirov və  Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova, məktəb direktorları, direktor müavinləri və psixoloqlar iştirak ediblər.  

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev çıxış edərək təhsil müəssisələrində tədrisin effektiv idarə olunması, təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərdən danışıb.

BŞTİ-nin müdir müavini Anar Məmmədov paytaxt məktəblərinin fəaliyyəti, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, məktəb-valideyn əməkdaşlığının mövcud vəziyyəti barədə məlumat verib. A.Məmmədov valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində fəal iştirakını mühüm amillərdən olduğunu qeyd edib. Bildirib ki, məktəb-şagird-ailə əməkdaşlığı şagirdlərin təlim-tərbiyəsində səmərəliliyin artırılmasına, tədrisin nəticələrinin yüksəlməsinə, valideynlərlə məktəb arasında daha yaxşı ünsiyyət mühitinin genişlənməsinə şərait yaradır.

Təhsil İnstitutunun direktoru R.Əzizov, Avropa Azərbaycan Məktəbinin direktoru F.Bankini, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq  Assosiasiyasının prezidenti A.Cahangirov və digər çıxış edənlər şagird-valideyn-müəllim üçbucağının uğurlu alınması üçün valideynlərin təhsil prosesinə yönləndirilməsini ən əhəmiyyətli məsələlərdən biri kimi səciyyələndiriblər. Qeyd ediblər ki, bu işin daha şəffaf və səmərəli şəkildə təşkil olunması, valideynlərin məktəblərə cəlbi, əməkdaşlıq platformasının genişləndirilməsi istiqamətində  məzmunlu layihələrin icrası vacib amillərdəndir.

Görüşdə "Xoşbəxt şagirdlər məktəbi ideyasını reallaşdırmaq mümkündürmü?”, "Valideynlərin maarifləndirilməsi məktəbin ən ümdə vəzifəsidir”,  "Valideyn-məktəb, şagird-məktəb, valideyn-şagird-məktəb sistemlərində nələrin dəyişdirilməsi vacibdir? "”Z” və "A” nəsillərindən olan şagirdlərimizi tanıyırıqmı, onlarla pedaqoji prosesi düzgün qura bilirikmi?” və digər mövzular  ətrafında panel müzakirələr aparılıb.

Qeyd edək ki, görüş Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin nəzdində Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyası, ABŞ-ın Corc Vaşinqton Universiteti və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər