BMU-nun kollektivi Zəfər parkında olub - FOTO

Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
Bu barədə "tehsilmedia.info"a BMU-dan məlumat verilib.
Bildirilib ki, Zəfər parkının girişində xatirə daşının önünə gül dəstələri düzülərək Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub.





























