Xəbər lentiwidget-title-icon

​"Monitorinq Teatrı Bitdi: Pərdəarxası Zülmün Hesabını Kim Verəcək?"
Şagirdlər niyə yerdəyişmə edir?
I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI

Akademik İsa Həbibbəyli fəlsəfə fənni üzrə qəbul imtahanının gedişatı ilə tanış olub

Akademik İsa Həbibbəyli fəlsəfə fənni üzrə qəbul imtahanının gedişatı ilə tanış olub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fəlsəfə fənni üzrə qəbul imtahanı keçirilib.

AMEA-dan "tehsilmedia.info"a bildirilib ki, imtahanda Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş xarici dil üzrə qəbul imtahanından müvəffəqiyyət əldə etmiş, iki nəfər kənar təşkilatdan olmaqla, 51 iddiaçı iştirak edib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən imtahanda iştirakçıların hər birinə 50 test tapşırığı təqdim edilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli imtahan prosesi ilə tanış olub.

İddiaçılar qarşısında çıxış edən akademik İsa Həbibbəyli ölkəmizdə elm xadimlərinə daim böyük diqqətin göstərildiyini, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə doktorantların və magistrantların təqaüdlərinin artırıldığını söyləyib. Qeyd edib ki, son illərdə həyata keçirilən məqsədyönlü addımlar sayəsində gənclərin elmə marağı artıb və bu il xarici dil imtahanından keçən iddiaçıların sayının ötən illərlə müqayisədə yüksək olması bunun bariz göstəricisidir: “Bu, o deməkdir ki, gənclər özlərini elmdə görmək istəyirlər. AMEA-nın magistraturasını bitirənlərin 70 faizi bu gün öz fəaliyyətini AMEA-da davam etdirir”.

Akademik İsa Həbibbəyli bu gün Qarabağda ölkə başçısının rəhbərliyi altında “Böyük Qayıdış” prosesinin həyata keçirildiyini, böyük quruculuq işlərinin görüldüyünü söyləyib, intellektual gəncliyin xalqımızın gələcəyi olduğunu bildirib və onlara öz tövsiyələrini verib.

Həmçinin AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva və professor İlham Məmmədzadə çıxış edərək elmin, təhsilin xalqımızın, dövlətimizin gələcəyindəki roluna toxunub, gənclərə tövsiyələrini verərək uğurlar arzulayıblar.

İmtahan prosesini AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, dosent Hüseyn Hüseynov, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və Mərkəzi Elmi Kitabxananın baş direktoru professor Məmməd Əliyev də izləyiblər.

Qeyd edək ki, fəlsəfə fənni üzrə imtahandan müvəffəqiyyətlə keçən iddiaçılar növbəti mərhələyə buraxılacaqlar.

Oxşar xəbərlər

Bütün xəbərlər