Xəbər lentiwidget-title-icon

Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"
Məktəbdə uşaq itib, dublikat direktor da yerində tapılmır
13 yaşdan aşağı uşaqlara sosial media qadağan ediləcək
Uşaq evlərindən 28 gənc tələbə olub
Fərid Məmmədov: “Şəxsi maraq və daxili motivasiya ən yaxşı stimuldur”
Birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu
"Qarşılaşdığımız çətinlikləri qəbul edirik, onları inkar etmirik” - Nazir
Rövşən Nəcəf “SABAH.city”də texnoloji gələcəkdən və kibertəhlükəsizlikdən danışıb
UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib
"Əsas baza riyaziyyatdır"- Nazirdən AÇIQLAMA
Rövşən Nəcəf: “Peşə məktəblərimizdə başqa şirkətlər üçün də kadrlar hazırlayırıq”
Nazir: "Hər il 300-dən çox gənci xaricə göndəririk - 10 ilə minlərlə ekspertimiz olacaq"
Bu məktəbdə müəllimlər vahid formaya keçdilər - FOTO
Vakant vəzifələr üzrə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
Məktəbə gedəcək şagirdlərin sayı sürətlə azalır: rəqəmlər nə deyir?
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib - FOTO
Təhsil haqları artırıldı - Tələbələr ayağa qalxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Döyülən Kollec direktoru Peşə Mərkəzinə direktor müavini təyin edilib - İlqar Bayramlıdan sakit təyinat

Doktorantura imtahanlarının nəticələri AÇIQLANIB

Doktorantura imtahanlarının nəticələri AÇIQLANIB

Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il 11 iyun tarixində doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 12-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin 16-19 iyun tarixlərində namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılması üzrə də imtahanlar keçirilib.

DİM-dən tehsilmedia.info-a verilən məlumata görə, imtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin (esse və vizual məlumatın təsviri) qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanlarda 2328 namizəd və iddiaçı (1841 nəfər doktoranturaya qəbul, 483 nəfər fəlsəfə doktoru, 4 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. 49 nəfər imtahana gəlməyib.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 979 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

150 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

3 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Xatırladaq ki, bundan əlavə, DİM-ə xarici dil üzrə qüvvədə olan müvafiq beynəlxalq dil sertifikatını təqdim etmiş 163 nəfər namizəd xarici dil imtahanından azad olunub.

Qeyd edək ki, həm xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların 30 test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq blokunun hər biri üzrə tapşırıqlar ümumilikdə 10 ballıq şkala ilə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Ümumilikdə xarici dil üzrə qəbul imtahanında minimum 25 bal, fəlsəfə doktoru imtahanında isə azı 30 bal toplamış iddiaçılar, habelə əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmək üçün bununla yanaşı dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini toplamalıdırlar.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 11 iyul 2023‑cü il tarixindən etibarən onlayn (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2023-cü il 6 iyul saat 12:00-dan 8 iyul saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər