Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Gələn il doktorantura və dissertantura imtahanı yeni model əsasında təşkil olunacaq

Gələn il doktorantura və dissertantura imtahanı yeni model əsasında təşkil olunacaq

Bildiyiniz kimi, doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanında namizəd (doktoranturaya qəbul olmaq istəyən şəxs) və iddiaçıların (artıq doktoranturaya qəbul olmuş şəxslər) xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üçün xarici dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) B2 səviyyəsinə və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, dillər üzrə oxu, dinləyib-anlama, yazı və danışıq bacarıqlarının, dildən kommunikativ məqsədlə istifadə vərdişlərinin, söz ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılıb qiymətləndirilməsi aparılır.

DİM-dən tehsilmedia.info-ya bildirilib ki, doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə imtahan modelinin strukturu dinləyib-anlama bacarığı üzrə dialoq və monoloq tipli mətn üzrə 10 qapalı test tapşırığı, oxuyub-anlama bacarığını yoxlayan mətn üzrə 10 qapalı tipli test tapşırığı, dil biliyi üzrə 5 qapalı və 5 açıq tipli test tapşırığı, danışıq üzrə ümumi dəyəri 10 bal olmaqla 3 tapşırıq və yazı bacarığı üzrə 10 balla qiymətləndirilən esse və ya vizual məlumatın təsviri üzrə tapşırıqdan ibarətdir. Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın məzmunundan asılı olaraq dəyişir. Xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyatdan keçən namizədlərdən esse (fikir bildirmə, mühakimə xarakterli və s.) yazmaq tələb olunduğu halda, fəlsəfə doktoru imtahanında iddiaçılardan vizual məlumatın (məsələn, cədvəl, diaqram və s.) təsvirini vermək tələb olunur.
Məlumat üçün bildiririk ki, hazırda doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə tətbiq edilən imtahan modelinin məzmununun Kembric Universiteti Nəşriyyatı və Qiymətləndirmə Sindikatının mütəxəssislərinin rəy və tövsiyələrinə əsasən CEFR-ın müvafiq səviyyəsinə (B2) tam uyğunlaşdırılması istiqamətində işlər görülür. Görülmüş işlərin müsbət nəticəsi olaraq, növbəti ildən yuxarıda təsvir olunmuş imtahan modelinin strukturunda və məzmununda müvafiq dəyişikliklərin tətbiq olunması nəzərdə tutulur.

2024-cü ildən etibarən keçiriləcək doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanı yeni model əsasında təşkil olunacaq. Yeni modelə əsasən imtahanverənlərin dil bilikləri (leksik və qrammatik) daha çox praktik şəkildə, yəni məzmun daxilində yoxlanılacaq. Həmçinin, oxu bloku üzrə hər biri 5 tapşırıqdan ibarət iki mətn təqdim olunacaq. Bundan başqa, yazı bloku üzrə imtahanverənlərdən həm esse, həm də vizual məlumatın təsvir edilməsi tələb olunacaq. Namizəd və iddiaçılar növbəti ildə istifadə olunacaq imtahan modeli ilə yeni tədris ilinin əvvəlində tanış ola biləcəklər.

Dövlət İmtahan Mərkəzinin beynəlxalq tərəfdaşlarla aparılmış tədqiqatyönümlü silsilə layihələrinə, müəllimlərin peşəkar inkişafı və xarici dillər üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi istiqamətində gördüyü işlərə, aparılmış statistik təhlillərə və ümumilikdə ölkədə təhsilin inkişafına verdiyi töhfəyə əsaslanaraq, xarici dillərin qiymətləndirilməsi sahəsində tətbiq edəcəyi yeni qiymətləndirmə modelini ali təhsilin ən yüksək səviyyəsində namizəd və iddiaçıların hazırlığının yoxlanılması üçün məqsədəuyğun hesab edirik.

Qeyd edək ki, 11 iyun 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan doktoranturaya qəbul imtahanının, eləcə də xarici dillər üzrə fəlsəfə doktoru imtahanının (o cümlədən 10 dekabr 2023-cü ildə keçiriləcək) strukturunda hər hansı bir dəyişikliyin edilməsi nəzərdə tutulmur.

Oxşar xəbərlər

Bütün xəbərlər