Xəbər lentiwidget-title-icon

Qazax kollecində “acı bağırsağı” kim uzadır?
Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF

CEFR Azərbaycan dilinə tərcümə edilib

CEFR Azərbaycan dilinə tərcümə edilib

“Dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi üzrə tövsiyə çərçivə sənədi” (CEFR) ilk dəfə Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, “Common European Framework of Reference for Languages: Learning, Teaching, Assessment” sənədinin ingilis dilindən Azərbaycan dilinə tərcüməsi Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin rəhbərliyi və təşəbbüsü ilə 2020-ci ildən başlayaraq Azərbaycan Dövlət Tərcümə Mərkəzində həyata keçirilib. Sənəd DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsi, həmçinin “Abituriyent” jurnalı redaksiyasının əməkdaşları tərəfindən redaktə olunub. Bu təşəbbüs dilin tədrisinin keyfiyyətini artırmaq, bilik və bacarıqların beynəlxalq standartlara uyğun qiymətləndirilməsini təmin etmək, tədris proqramları və yoxlama-ölçmə materiallarının metodoloji bazasını gücləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, artıq bir neçə ildir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təhsilin fərqli səviyyələrində keçirilən imtahanların xarici dil bloku CEFR-in müvafiq səviyyələrinə uyğunlaşdırılır. Sözügedən imtahanlarda xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinə, həmçinin beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, imtahan verənlərin xarici dillər üzrə dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq bacarıqlarının yoxlanılıb qiymətləndirilməsi həyata keçirilir. Buna görə də Azərbaycan dilinə tərcümə edilmiş tamamlayıcı cild dilin tədrisi üçün kurikulumların, dərslik və vəsaitlərin, həmçinin dil üzrə bilik və bacarıqların ölçülməsi məqsədilə materialların hazırlanmasında müstəsna rola malikdir. Bu sənədin dil öyrənənlərin bilik və bacarıqlarının standart şəkildə qiymətləndirilməsinə, etibarlı yoxlama-ölçmə materiallarının hazırlanlanmasına, dil üzrə bilik və bacarıqların müqayisə olunmasına, həmçinin tədris prosesinin təsbit olunmuş dil standartları əsasında tədrisinə şərait yaradacaqdır.

CEFR sənədinin Azərbaycan dilinə tərcüməsi, təhsil sahəsində mühüm bir nailiyyət olmaqla yanaşı, həm də ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını gücləndirəcəkdir. Sənədin Azərbaycan dilinə tərcümə olunmuş versiyası Avropa Şurasının saytının müvafiq bölməsində, həmçinin Dövlət İmtahan Mərkəzinin internet səhifəsində yerləşdirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər