Xəbər lentiwidget-title-icon

Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib
Sevinc Orucova KİMƏ ARXAYINDIR?
İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
LDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibələrə başlanılacaq

Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibələrə başlanılacaq

Sentyabrın 4-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlanacaq.

Komitədən "tehsilmedia.info"a verilən məlumata görə, müsahibənin 04-08 sentyabr tarixlərini əhatə edən birinci mərhələsində qadın dini ayinlərin icraçısı, 11-19 sentyabr tarixlərini əhatə edəcək ikinci mərhələsində isə imam və imam müavini vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılacaq.

Qeyd edək ki, 3 may-3 iyun tarixlərində sənəd qəbulu aparılan 19 vakant vəzifəyə (6 qadın dini ayinlərin icraçısı, 3 imam, 10 imam müavini) 113-ü qadın olmaqla, 293 nəfərin müraciəti qeydiyyata alınıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müəyyənləşdirdiyi Müsahibə komissiyası tərəfindən aparılacaq seçimlər Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilir. Müsahibə komissiyası hər biri ilahiyyatçı olmaqla 7 nəfər üzvdən ibarətdir.

Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha müvafiq vəzifəyə təyin olunacaq.

Xatırladaq ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb. Bu qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir.

Oxşar xəbərlər

Bütün xəbərlər