Xəbər lentiwidget-title-icon

Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
Müəllimlərə TəhsilPlus kartları verilib
Olimpiadanın final turunun nəticələri elan edilib
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlayır
Yeni təmayüllü məktəblərə şagird qəbulu elan edildi
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Geologiya İnstitutuna direktor müavini təyin edilib
MİQ-də hansı suallar veriləcək, kimlərin nəticəsi ləğv olunacaq? - RƏSMİ
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM!
BANM nəzdində fəaliyyət göstərən Rəqəmsal biliklər liseyində Azərbaycan bölməsi üzrə şagird QƏBULU elan edilir
I sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Şans imtahanından yararlanmaq istəyənlərin nəzərinə!
Abşeron-Xızı Regionunda 30 256 min şagird imtaha cəlb olunub
Onlar sertifikasiyada könüllü iştirak edəcək - Qazax-Tovuz üzrə SAY
Mikayıl Müşfiqin doğum günüdür
Məktəblilərimiz beynəlxalq olimpiadada uğur qazanıblar
Sumqayıt şəhərində xarici dil müəllimləri ilə görüş keçirilib
Bu məktəbin direktoru işdən ÇIXARILDI
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
Paytaxt məktəbliləri zona birinciliyində QALİB olublar
Əlavə təhsil üzrə sənəd qəbulu başlayır

“Transmilli kommunikasiya layihələrinin geodeziya təminatı” mövzusunda elmi seminar keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Geomatika kafedrasında "Transmilli kommunikasiya layihələrinin geodeziya təminatı” mövzusunda elmi seminar keçirilib.

Universitetdən "tehsilmedia.info"a bildirilib ki, seminarda Geomatika kafedrasının baş müəllimi Əlişir İsmayılov geniş məruzə ilə çıxış edib. Alim çıxışında qeyd edib ki, ölkəmizdə müstəqillik əldə etdikdən sonra çoxsaylı milli və transmilli neft-qaz kəmərləri çəkilir, nəqliyyat və digər böyük həcmli kommunikasiya layihələri həyata keçirilir: "Transmilli kommunikasiya layihələri böyük uzunluq ölçmələrinə malik olub bir ölkə ərazisini kəsib keçməklə digər qonşu, xarici ölkələr ərazilərində davam etdirilir. Bu səbəbdən layihələrin icrası zamanı çoxsaylı elmi-texniki problemlər meydana çıxır. Bu problemlərə koordinatların zonadan zonaya ötürülməsi, yerüstü və peyk geodeziya ölçmələrinin vahid hesablama səviyyəsinə (səthinə) reduksiyası, plan və yüksəklik koordinatlarının uzaq məsafələrə tələb olunan dəqiqliklə ötürülməsi əsas götürülür”.

Alim məruzəsində müxtəlif ölkələrin təcrübələrinə də toxunub. O qeyd edib ki, qəbul olunmuş koordinat sistemləri, geodeziya proyeksiyaları arasında əlaqələrin araşdırılması və qurulması, fırlanma ellipsoidləri başlanğıc səviyyə səthləri futştokları, başlanğıc geodezik verilənlər və digər parametrlər arasında əlaqələrin qurulması kimi məsələlər həllini gözləyir.

Əlişir İsmayılov Azərbaycanda transmilli kommunikasiya layihələrinin yerinə yetirilməsi üçün hələ ki geodezik təminat məsələsinin tam həllini tapmadığını söyləyib. Bu səbəbdən geodeziya təminatının yaradılması üçün tədqiqat işlərinin aparılması zərurəti yarandığını diqqətə çatdırıb.

Seminarın sonunda qeyd olunan məsələlərin və problemlərin həlli barədə müzakilər aparılıb, çıxış yolları axtarılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər