Avropa universitetlərinin alimləri UNEC-də mübadilədə iştirak ediblər

Macarıstanın Miskolç Universitetinin, Bolqarıstanın D.A.Tsenov İqtisad Akademiyasının və Rumıniyanın Transilvaniya-Braşov Universitetinin alimləri “Erasmus+” proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bir həftəlik mübadilədə iştirak ediblər.
UNEC-dən "tehsilmedia.info"a bildirilib ki, səfər çərçivəsində universitetin müvafiq strukturlarında qonaqlarla görüşlər keçirilib və əməkdaşlıq imkanları müzakirə olunub.



























