Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI

Təhsil haqqı artır, keyfiyyət azalır – Professor narazıdır!

Təhsil haqqı artır, keyfiyyət azalır – Professor narazıdır!

Qulu Məhərrəmli: “Hesab edirəm ki, əksər təhsil müəssisəsi tələb etdiyi təhsil haqqı müqabilində keyfiyyətli tədris təşkil edə bilmir”

Azərbaycanda dövlət, özəl və xüsusi təyinatlı olmaqla təxminən 50 ali təhsil müəssisəsi mövcuddur. Hər təhsil ocağında ixtisaslar üzrə müəyyən təhsil haqqı mövcuddur. Hazırda minimum təhsil haqqı təxminən 2500 AZN təşkil edir və getdikcə yüksəlir.

Bəs yüksək təhsil haqqı tələb edən universitetlər bu məbləğə müvafiq keyfiyyətli təhsil verə bilirlərmi?

Sualımıza cavab tapmaq və mövzuya aydınlıq gətirmək məqsədilə professor Qulu Məhərrəmliyə müraciət etdik.

tehsilmedia.info xəbər verir ki, azedu.az-a açıqlama verən professor bildirib ki, aldığı təhsil haqqı müqabilində keyfiyyətli təhsil verən universitet də var, tələbəyə heç bir bilik qazandırmayan universitet də:

“Elə universitetlər və ixtisaslar mövcuddur ki, onlar üçün yüksək təhsil haqqı ödəməyə dəyir. Amma hesab edirəm ki, əksər təhsil müəssisəsi tələb etdiyi təhsil haqqı müqabilində keyfiyyətli tədris təşkil edə bilmir ”.

Q.Məhərrəmli xüsusi olaraq qeyd edib ki, yüksək təhsil haqqı tələb olunursa, təhsilin keyfiyyəti də bu vəsaitlə düz mütənasib olmalıdır:

"Bunu yoxlamaq isə çətindir. Əsas məsələ odur ki, bunu ölçən mexanizm yoxdur. Özəl məktəblər var ki, orada mütənasiblik qorunur. Ancaq yerdə qalan təhsil müəssisələri üçün bir mexanizm, standart, ölçü vahidi mövcud deyil. Bir sıra dünyaca nüfuzlu təhsil ocağı var ki, onların keyfiyyəti göz qabağındadır. Lakin digərlərinin keyfiyyətini ölçə biləcəyimiz bir sistem hazırlanmayıb”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, ödənişli təhsil alan tələbələrin aldıqları təhsilin keyfiyyəti onu qayğılandırır:

“Mən də universitetdə fənn tədris edən müəllimlərdə biriyəm. Əlavə olaraq problemin başqa bir tərəfi ondan ibarətdir ki, ödənişli oxuyan tələbələrin təhsilə münasibəti bir qədər laqeyiddir. Valideynlərin zəhmətlə qazandığı pulla təhsil haqqının ödənməsinə rəğmən tələbələrin büdcələrindən çıxan bu qədər vəsaitə laqeyd yanaşdığını gördükdə heyrətə gəlirəm.

Nə üçün həmin tələbələr zəif oxuyurlar, nə üçün dərslərə maraq göstərmirlər?! Təhsil sisteminin problemləri ilə yanaşı, təhsil alanların da tədrisə münasibətində ciddi boşluqlar var. Normalda təhsil haqqı ödədiyi üçün daha keyfiyyətli təhsil tələb olunmalıdır.

Ancaq biz müşahidə edirik ki, ödənişli təhsil alan tələbələr təhsilə olduqca laqeyd yanaşırlar. Etiraf edək ki, bir sıra ixtisaslarda müəllim tələbənin təhsil ehtiyacını yetərincə ödəyə bilmir. Təssüflər olsun ki, heç tələbə də bu məsələdə tələbkar deyil.

Belə hallara şahid olduqda çox məyus oluram. Arzulayardım ki, tələbələr aldıqları təhsilin keyfiyyəti ilə bağlı maraqlı olsunlar”.

Oxşar xəbərlər

Bütün xəbərlər