Hansı bakalavrlar FHN Akademiyasının magistraturasını seçə bilər? - CAVAB

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının magistraturasının ixtisaslaşmalarını yalnız həmin akademiyanın məzunları seçə bilərlər.
tehsilmedia.info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Xatırladaq ki, 2023/2024-cü tədris ili üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi başlanıb və iyulun 13-dək davam edəcək.



























