2 ay komada qalan tələbə vəfat edib

Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi vəfat edib.
"tehsilmedia.info"ın məlumatına görə, universitetin Riyaziyyat fakültəsinin tələbəsi Baxışlı Nabat dünyasını dəyişib.
Tələbənin 2 ay ağır komada qaldıqdan sonra həyatını itirdiyi bildirilir.



























