Xəbər lentiwidget-title-icon

Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
II və III qrupların nəticələri AÇIQLANDI
12 nəfərin nəticəsi ləğv olunub
Süni intellekt dövründə təhsilin yeni çağırışları
Ağcabədidə gənc kadr tapılmadı? 68 yaşlı şəxs məktəbə kitabxanaçı təyin edildi – İDDİA
"Müəllimlərin eyni və monoton geyinməsinin tərəfdarı deyiləm" - Müəllimdən AÇIQLAMA
Vahid forma, yoxsa peşəkar görünüş? – Müəllimdən maraqlı MÖVQE
Diqqət: 17 iyun sertifikasiya sualları
Məktəb direktoru qanunu pozub - Vəkil DANIŞDI
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Sertifikasiya üzrə apellyasiyanın müraciət VAXTI
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Təhsil kreditlərində gender bölgüsü açıqlanıb
Bugünkü sertifikasiyada 600-dən çox müəllim iştirak edir
Azərbaycanlı tələbələr beynəlxalq yarışda uğur qazanıblar
Müəllimlərin sertifikasiya imtahanları başlayıb - YENİLƏNİB
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB
Məktəbli formasına riayət qanunla təsdiqlənəcək
Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Naxçıvanda sertifikasiya BAŞLAYIR
Təkrar buraxılış imtahanı keçiriləcək
İmtahan nəticələri AÇIQLANDI

V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı davam edir

V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı davam edir

İyunun 23-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı davam edir.

UNEC-dən "tehsilmedia.info"a bildirilib ki, rektor Ədalət Muradov konfransın ikinci gününün “Yaşıl Gün”ə həsr olunduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, konfrans çərçivəsində “yaşıl iqtisadiyyat” mövzusunda çap olunan kitabların elektron variantı kitabxanalara təqdim olunacaq.

Qarabağın işğaldan azad edilməsindən sonra həmin ərazilərin bərpasında “yaşıl iqtisadiyyat”a keçidlə bağlı ölkə Prezidenti tərəfindən qarşıya qoyulan tapşırıqlardan söz açan Ə.Muradov bu istiqamətində elm və təhsil müəssisələrinin üzərinə böyük vəzifə düşdüyünü bildirib. Konfransın “yaşıl iqtisadiyyat”a həsr olunmasının məhz bu tapşırıqların icrasından irəli gəldiyini deyib. Panellərdə “yaşıl iqtisadiyyat”, dayanıqlı inkişaf, alternativ enerji ilə bağlı yaşıl Azərbaycan üçün əhəmiyyət kəsb edən elmi-praktik müzakirələr aparılacağını və təkliflər irəli sürüləcəyini vurğulayıb.

Konfransın “Təmiz və alternativ enerji: dayanıqlı inkişafın əsas sütunu kimi” adlı panelinə moderatorluq edən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli mövzunun aktuallığına diqqət çəkərək, elmi-praktik müzakirələrin təşkil olunmasının iqtisadiyyatın inkişafında mühüm rol oynadığını deyib. “Yaşıl enerji”, bərpa olunan enerjiyə keçidin dünyada aktual məsələlərdən biri olduğunu deyən B.Aslanbəyli bildirib ki, dünya iqtisadiyyatında texnoloji və iqtisadi səmərəlilik nöqteyi-nəzərindən “yaşıl enerji”nin axtarışları davam edir. Azərbaycanın bu sahədə zəngin potensiala malik olduğunu və regionda aparıcı mövqeyini qoruduğunu deyib.

Sonra Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova ölkəmizin müvafiq sahədə atdığı addımlar və müəyyən olunan yol xəritəsi barədə məlumat verib.

BMT-nin İnkişaf Proqramının milli layihə koordinatoru Nazim Məmmədov təmsil etdiyi qurumun bu istiqamətdə olan baxışlarını və Azərbaycanda həyata keçiriləcək layihələrdən danışıb.

“Paris de Eltraz Venture” laboratoriyasının direktoru “yaşıl iqtisadiyyat”, bərpa olunan enerji ilə bağlı startapın Avropa praktikasını bölüşüb.

“Kraft Energy”nin rəhbəri Toğrul Əziz Azərbaycanda “yaşıl enerji” sahəsində fəaliyyət göstərən bir müəssisənin üzləşdiyi çətinliklər və təklif etdiyi həllər istiqamətində öz fikirlərini konfrans iştirakçıları ilə bölüşüb

Konfrans çərçivəsində ətraf mühitin sağlamlaşdırılması və qorunması məqsədilə iştirakçılara 1000 ədəd Eldar şamı tingi hədiyyə olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər