Emin Əmrullayev: "Son illərdə müəllimlik peşəsinə maraq artıb"

"Son illərdə müəllimlik peşəsinə maraq artıb".
tehsilmedia.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Gənc Müəllimlərin III Forumunda deyib.
Nazir müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri vurğulayıb, ökəmizdə təhsil sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən danışıb.
Emin Əmrullayev təhsilverənlərin fəaliyyətinin stimullaşdırılması və istedadlı gənc müəllimlərin potensialının aşkar olunmasına imkan yaradan bu cür tədbirləri təqdirəlayiq hesab edib.



























