Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

“Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu” keçirilib - FOTO

“Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu” keçirilib - FOTO

16-19 may tarixlərində Mingəçevir şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu” keçirilib.
tehsilmedia.info xəbər verir ki, tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev və bir qrup gənc tədqiqatçılar iştirak ediblər. Forumun plenar müzakirələrində çıxış edən Elmir Babayev Azərbaycanda elmin mobilliyi üçün gənc alimlərə yaradılan elmi infrastruktur və dəstəkdən bəhs edib.
“Elmin inkişafı gənclərin vaxtında elmə cəlb olunması ilə əlaqəlidir. Dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır. Azərbaycanda gənclər siyasəti ölkəmizin müstəqilliyi dövründə böyük dövlət xadimi və uzaqgörən siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə formalaşmışdır. Həmin dövrdən başlayaraq, bugünkü gündə də dövlətin həyata keçirdiyi siyasəti nəticəsində Azərbaycanın elmi gəncliyi elmi-ictimai həyatın bütün sferalarında: elmi, mədəni, siyasi, iqtisadi, humanitar sahələrdə fəal fəaliyyəti ilə seçilir və ölkə üçün əhəmiyyətli olan bütün layihələrin həyata keçirilməsində mühüm rol oynayır”, - deyə Elmir Babayev vurğulayıb.
E.Babayev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası da elmi gənclik üçün ən böyük töhfələrdən birinə imza atıb. AMEA-da Gənc Alim və Mütəxəssislər Şurasının formalaşdırılması ilə Azərbaycan gəncliyinin potensialının tələblərə uyğun inkişafı istiqamətində qurulmasında zəmin yaradılıb. Müasir dövrdə gənclər potensialından dövlətin maraqları naminə istifadə edilməsi və yeni nəsil arasında fəal vətəndaş cəmiyyətinin formalaşdırılması strategiyanın əsas məqsəd və vəzifələrini təşkil edir. Gənc Alim və Mütəxəssislər Şurası da öz-özlüyündə dövlət tərəfindən gənclərin və elmin inkişafı ilə bağlı qəbul edilən ardıcıl proqramları özünə fəaliyyətində rəhbər tutaraq elmin təbliği və populyarlaşdırılması məqsədilə təhsil müəssisələrinin kiçik yaş qrupları da daxil olmaqla müxtəlif müasir innovativ təşviq mexanizmlərindən istifadə edir.
Gənc alim qeyd edib ki, sözügedən forum kimi Azərbaycan müxtəlif beynəlxalq elmi tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. AMEA Rəyasət Heyətinin dəstəyi ilə Gənc Alim və Mütəxəssislər Şurası da fəaliyyəti dövründə müxtəlif elmi-populyar mövzulara həsr olunmuş 10-dan çox müxtəlif beynəlxalq forumlar, konfranslar keçirilib.
GAMŞ sədri Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən dövlət siyasətinə uyğun olaraq gənc alimlər tərəfindən təklif olunan yerli, beynəlxalq layihələr və fəaliyyətlərin dəstəkləndiyini vurğulayıb
2015-ci ildə AMEA və ona tabeli elmi müəssisə və təşkilatlarda magistratura təhsil pilləsinin yaradılması gəncləşmə istiqamətində atılmış vacib addım kimi qeyd etmək olar. Elmi-tədqiqat institutlarında magistratura təhsilinin müasir səviyyəsinin yaradılması, magistrlərin peşəkar inkişafı üçün əlverişli təlim mühitinin formalaşdırlmısından irəli gəlir ki, ildən ilə elmi-tədqiqat müəssisələrində magistraturaya daxil olmaq istəyənlərin sayı artmaqdadır.
Dayanıqlı iqtisadi inkişafa və rəqabətədavamlılığa, innovativ və yüksək texnologiyalı sənayenin genişləndirilməsinə əsaslanan müasir elmi və texnoloji nailiyyətlərə, elmi tədqiqatlara və yeni texnologiyaların inkişafı üçün müasir komplekslərin yaradılmasına dövlət dəstəyini artırmaq məqsədilə bir sıra fərmanlar imzalanıb.
2022-ci ildə Azərbaycan və Türkiyənin birgə təşkilatçılığı ilə Texnofest Azərbaycanın keçirilməsi kimi tarixi hadisələr zaman keçdikcə Azərbaycan Milli Elmlər Akademiyasında, o cümlədən digər elmi-tədqiqat müəssisələrində böyük perspektivlərin yaranmasına, innovativ tədqiqatların intensiv həyata keçirilməsinə, o cümlədən gənclərin bu prosesə fəal cəlb olunmasına şərait yaradıb.
Elmir Babayev çıxışında gənc alimləri stimullaşdıran alətlərdən bəhs edib.
Maddi formalar:
1. Prezident mükafatı və ilin gənc aliminin mükafatlandırılması
2. İlin gənc aliminə Gənclər və İdman Nazirinin mükafatı və mükafatı
3. AMEA-nın İlin Gənc Alimi mükafatı və diplomları
4. Qrantlar
5. Elmi müəssisələdə adlı müsabiqələr və mükafat fondları
Qeyri-maddi mükafatlar:
1. Konfranslarda, məktəblərdə və tədbirlərdə mühazirəçi və ya nümayəndə kimi təyin olunma
2. Həvəsləndirici diplom / təşəkkür məktubu / ictimai təbriklərlə gücləndirilməsi
3. KİV-də və sosial şəbəkələrdə dəstək
4. “Gənc tədqiqatçı” jurnalında nəşr. İldə 4 dəfə nəşr olunan və Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən tanınan “Gənc tədqiqatçı” jurnalında pedaqogika elmi istisna olmaqla, bütün elm sahələri üzrə bakalavr, doktorant və dissertantlar üçün ödənişsiz nəşr etmək imkanı yaradılmışdır.
5. “Əylənərək öyrənək” şüarı ilə təşkil olunan yay və qış düşərgələrində gənclər öyrənir, öyrədir, istirahət edir, şəbəkələşir və elmi əlaqələr qurur.
E.Babayev sonda forumun gələcək birgə elmi əməkdaşlıqlar, qrant layihələri və kolaborasiyalar üçün faydalı olacağını səsləndirib.
Qeyd edək ki, forumda Elm və Təhsil Nazirliyinin Botanika, Neft Kimya Prosesləri, Fiziologiya, Dendrologiya institutlarından və AMEA-nın Dilçilik, Arxeologiya, Etnoqrafiya və Antropologiya institutlarından gənc alim və mütəxəssislər iştirak ediblər.

“Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu” keçirilib - FOTO
“Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu” keçirilib - FOTO
“Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu” keçirilib - FOTO
“Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu” keçirilib - FOTO
“Azərbaycan və Rusiyanın III Gənclər Təşəbbüsləri Forumu” keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər