Tələbə kreditinin sığortalanması zamanı faydalanan şəxs qismində kim çıxış edir?

Təhsil Tələbə Kreditinin (TTK) sığortalanması zamanı faydalanan şəxs qismində müvəkkil bank müəyyən edilir.
tehsilmedia.info xəbər verir ki, TTK-nin sığortalanması kredit müqaviləsi rəsmiləşdirilən zaman həyata
keçirilir.
Sığortahaqqı kredit müqaviləsinə uyğun hesablanır və kreditin məbləğinə əlavə olunaraq sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada ödənilir.



























