Xəbər lentiwidget-title-icon

ADAU–Ege Universiteti ikili diplom proqramı: Kənd təsərrüfatı sahəsində beynəlxalq təhsil imkanı.
Koreyada təqaüdlə təhsil proqramı ELAN EDİLİB
PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edir
Riyaziyyat fənnindən nəticəsi yüksək olan məktəblər - 9-cu sinif üzrə SİYAHI
Qərbdə təhsil böhranı dərinləşir
Şəkidə yeni İncəsənət Məktəbində Yay Məktəbi təşkil olunub
Peşə Agentliyi şou göstərir- Bərbər kursunun imtahanını katibələr götürüb?- FOTO
Bu gündən MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Taksi sürücüləri üçün imtahan keçiriləcək
8000 uşaq üçün özəl bağça xərclərini dövlət qarşılayacaq - Vəfa Yaqublu
Hazırda ölkədə 180-ə yaxın lisenziyalı özəl bağça var - MÜTDA rəsmisi
Özəl bağçalarda yeni maliyyələşmə - Valideyn nə qədər ödəyəcək?
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bir qərar, böyük sual: Özəl universitetlərə etibar etmək olarmı?
Peşə Təhsili Agentliyi ilə bağlı ŞOK QALMAQAL - İlqar Bayramlı köhnə tarixlərlə əmrlər verir?
Eşqi Bağırova daha yüksək vəzifə — nazir postu verilə bilər
FIFA Qadınlararası Dünya Çempionatı 2027 üçün könüllü qeydiyyatı başlayıb
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Təhsil tələbə kreditinə müraciət edənlərin sayı BİLİNDİ
Universitet seçimi artıq bütün həyatın seçimi deyil
Nazirlikdən Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı QƏRAR
Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Bu kollecdə gözdən əlillər üçün dövlət hesabına plan yerləri ayrılır

V ingilis dili olimpiadasının qalibləri elan olunub - FOTO

V ingilis dili olimpiadasının qalibləri elan olunub - FOTO

ADA Universitetində 8-9-cu sinif şagirdləri arasında keçirilən akademik məqsədlər üçün V ingilis dili olimpiadasının qalibləri elan olunub.

Bu barədə "Tehsil.biz"ə universıtetdən bildirilib.

Qeyd olunub ki, 2015-ci ildə ADA Universitetinin “Fokus” tələbə klubunun təşəbbüsü kimi başlayan olimpiadanı Elm və Təhsil Nazirliyi, Bakı-Təhsil İnformasiya Mərkəzi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi, “Students Travel International” təşkilatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsi dəstəkləyib.

Olimpiadada respublika üzrə 409 məktəbdən 1096 yuxarı sinif şagirdi iştirak edib. Olimpiadanın birinci mərhələsi mayın 9-da ADA Universitetində keçirilib. Bu mərhələdə iştirakçılar ingilis dilinin qrammatikası və oxu qabiliyyətinə dair 50 yazılı sualı cavablandırıblar. 119 şagird müvəffəqiyyətlə ikinci mərhələyə keçib. ADA Universitetində ikinci mərhələdə isə yazı və dinləmə qabiliyyətindən yarış olub.

Qaliblərin mükafatlandırılma mərasimində çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirib ki, ingilis dili müasir zamanda dünyaya çıxmaq üçün bir vasitədir və bu olimpiadada iştirak etmək qalib olmağa bərabərdir.

Mərasimdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Bakı Təhsil-İnformasiya Mərkəzinin direktoru Günay Massimova, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin direktoru İsa Qasımov, “Student Travel International” təşkilatının üzvü Fidan Orucova yüksək nəticə göstərmiş məktəbliləri, onların ailə üzvlərini və təmsil etdikləri məktəblərin nümayəndələrini təbrik ediblər. Qeyd olunub ki, keçirilən olimpiada məktəblilərin ingilis dilini yüksək səviyyədə mənimsəmələri üçün böyük təkan olub.

Nəticələrə görə, 3-cü yerin sahibi Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdi Ayza Tağıyeva “Blackview Tablet” ilə mükafatlandırılıb. İkinci yerin sahibi Bakı şəhəri Landau məktəbinin şagirdi Mədinə Abdullayeva “ASUS Notebook” əldə edib. Olimpiadanın əsas qalibi Avropa liseyinin şagirdi Cavid Musayev isə Böyük Britaniyanın “Britaniya yay məktəbi” proqramında birhəftəlik “Gələcəyin akademikləri” kursunda ödənişsiz iştirak etmək imkanı qazanıb.

V ingilis dili olimpiadasının qalibləri elan olunub - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər