Bəzi məktəblərdə tədris onlayn olacaq
2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
Bu barədə Tehsilmedia.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.



























