MDU ingilis dili müəllimliyi üzrə vakansiya elan edir
Mingəçevir Dövlət Universitetinin məzunları üçün İngilis dili müəllimliyi üzrə vakansiya elan edilir.
Bu barədə Tehsilmedia.com-a universitetdən məlumat verilib.
Belə ki, universitet məzunlarının qazandıqları bilik və bacarıqları doğma universitetlərində tətbiq etmələri, akademik mühitdə fəaliyyət göstərmələri və tədris prosesinə töhfə vermələri üçün müraciətlər qəbul olunur.
Əsas tələblər:
Müvafiq sahə üzrə minimum magistratura təhsil səviyyəsi
İngilis dilini akademik səviyyədə bilmək
Tədris və kommunikasiya bacarıqları
Müasir təlim metodlarından istifadə bacarığı
Beynəlxalq dil sertifikatları üstünlükdür
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin məzunu olmaq mütləqdir.
Müraciət üçün: alumni@mdu.edu.az
Son müraciət tarixi: 08.09.2026



























